ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrail qüvvələrinin İordan çayının qərbinə hücumunda dörd fələstinli həyatını itirib

İsrail qüvvələrinin bu gün (işğal altında olan) İordan çayının qərb sahilindəki hücumlarında dörd fələstinli həyatını itirib.
Qafqaz.ir Fələstin mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi bu gün Ceninə hücumda 28 və 26 yaşlı iki gənc fələstinlinin güllə yarasından həyatını itirdiklərini bildirib.
Həmçinin bu gün səhər Qüdsün şimalında Beyt-Daqu və Beyt-Hanina qəsəbəsində 42 və 20 yaşlı fələstinlilərin İsrail qüvvələrinin atəşi nəticəsində həyatını dəyişdirdikləri açıqlanıb.
Bu hücumlarda 10-a yaxın fələstinli yaralanıb.
Qeyd edək ki, son aylarda işğal altında olan İordan çayının qərb bölgələrində vəziyyət gərginləşib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button