AktualAktualArxivIslamSosialXəbər lentiXəbərlər

İsrail Azərbaycan Respublikasının hərbi sirlərini Ermənistana ötürür

Erməni ekspert ifşa edib ki, sionist rejimi Ermənistanı İsraildə səfirlik açmağa qane etmək üçün Azərbaycan Respublikasının hərbi sirlərini İrəvana verməyə razılaşıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinə yaxın media fəallarından olan hərbi məsələlər üzrə ekspert deyib: “İrəvan rəsmiləri inanırlar ki, Ermənistanın İsrailə səfir göndərməsi İranı narahat edəcək və bu narahatlıq Ermənistan üçün faydalı deyil. Ona görə də İrəvan bunun qarşısında Təl-Əvivdən böyük imtiyaz almalıdır.”

Adının çəkilməsini istəməyən ekspert deyib: “İsrail tərəfi səfirlik açılması qarşısında Azərbaycan Respublikasının hərbi sirlərini Ermənistanın aidiyyatı mərkəzlərinə verməyi qəbul edib.”

Öz sözünü əsaslandırmağa çalışan hərbi məsələlər üzrə ekspert deyib: “Bu ilin yaz və yay aylarında Azərbaycan Respublikası ordusunun ötən illərin əksinə olaraq bütün təhdid və təbliğatlarına baxmayaraq cəbhə xəttində erməni qüvvələrinə qarşı heç bir addım ata bilməməsinin səbəbi, erməni qüvvələrinin İsraildən aldığı məlumat əsasında qabaqlayıcı tədbirlər həyata keçirməsi olmuşdur. Bu mənbələr deyirlər ki, Ermənistan Azərbaycan ordusuna aid İsrail PUA-larının tanınması və onların kəşfiyyat əməliyyatlarını zərərsizləşdirməkdə diqqəti çəkən uğurlar kəsb ediblər və erməni hərbi bölmələri Azərbaycanın müdafiə naziri general Zakir Həsənovun atəşkəs xəttinə nisbətən yaxın olan məntəqələrindəki yerini çox dəqiq biliblər və onun olduğu yeri hədəfə almağa qadir olublar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button