ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrail əsgərləri fələstinlilərə sərt müdaxilə etdi

qafqaz.ir-un verdiyi xəbərə görə, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 3 fələstinlini yaralayıb.
Əl-Bire şəhərinin şimal girişində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurma nəticəsində bir fələstinlinin vurularaq yaralandığı bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Beyt vilayətindəki hərbi nəzarət məntəqəsi yaxınlığında ayağından yaralanan 17 yaşlı fələstinlinin Rəmallah xəstəxanasına çatdırıldığı qeyd edilib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail əsgərləri Beytləhəm şəhərindəki Aida qaçqınlar düşərgəsində yaşayan fələstinlilərə sərt müdaxilə edib. Müdaxilə zamanı yaralanan bir fələstinli uşağın xəstəxanaya aparıldığı bildirilib.
Məlumatda həmçinin İsrail qüvvələrinin Əl Xəlil şəhərində də bir fələstinlini yaraladığı vurğulanıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button