ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İslami Cihad Çavuşoğlunun işğal altındakı Fələstinə səfərinə sərt reaksiya verdi

Qafqaz.ir xəbər verir ki, İslami Cihad hərəkatı Türkiyə xarici işlər nazirinin işğal altındakı Fələstinə səfərini və bu rejimin rəhbərləri ilə görüşünü şiddətlə pisləyib və bunu türk xalqının, ərəb və müsəlman xalqlarının mövqelərinə zidd olaraq qiymətləndirib.

İslami Cihad Hərəkatının sözçüsü Tariq Silmi mətbuat konfransında deyib: “Bayraq yürüşündən və rejimin Məscidül-Əqsaya hücum çağırışından bir neçə gün əvvəl həyata keçirilən bu kompromis səfər Türkiyənin sionistlərin Məscidül-Əqsaya hücumlarına qarşı olmadığını və bayraq yürüşü ilə mübarizə aparmağa hazır olan Fələstin xalqını tək qoyduğunu göstərdi.”

Silmi həmçinin vurğulayıb ki, hər cür kompromis addım qəti şəkildə pislənilir və düşmənlə güzəştə gedən və ya onunla hər hansı bir şəkildə münasibət quranlardan heç bir bəhanə qəbul olunmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button