ArxivXəbər lentiXəbərlər

İslamçı məhbus vəhşicəsinə döyülüb, 33 gün qolları bağlı saxlanılıb

Masallı rayonunda şərlənərək 5 il azadlıqdan məhrum edilən Surac Ağayevin həyatı təhlükədədir.

Yaxınlarının verdiyi məlumata əsasən, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) saxlanılan Surac Ağayev  ora aparıldığı 2 ay müddətində işgəncəyə məruz qalıb. “Tubzon”-da saxlanıldığı bu müddət ərzində mütəmadi olaraq döyülüb. Ağır zərbələr nəticəsində islamçı məhbusun bədən üzvləri ağır xəsarət alıb, böyrəyi və digər orqanları sıradan çıxmaq üzrədir. Zərbələrin nəticəsində qabırğası sınan Surac Ağayevin bir ayağı da gipsdə saxlanılır. Surac Ağayev “Tubzon”a aparıldığı gündən 33 gün ərzində cərimə kamerasında qolları bağlı şəkildə saxlanılıb. Məhbusun həyatı təhlükəsi olmasına baxmayaraq işgəncələr davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button