ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri: Qərblilər adətən insan hüquqlarının düşmənidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri insan haqları iddiasının qərblilərə aid olmadığını vurğulayaraq buyurublar: Qərblilər adətən insan haqlarının düşmənidir

SəhərAzərinin məlumatına əsasən, İmam Həsən Müctəbinin (əleyhissalam) mövludu gecəsi bir  fars dili və ədəbiyyat müəllimləri, gənc və sənətkar şairlər İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.

Həzrət Ayətullahul Uzma Xamenei bu görüşdə insan haqları iddiasının qərblilərə aid olmadığını vurğulayaraq buyurublar ki: Qərblilər adətən insan haqlarının düşmənidir və onların insan haqları dediklərinin hamısı İŞİD, insanları diri-diri yandırmaq, onları boğmaq, ya münafiqlərə,  Səddama və Qəzza və Fələstinə qarşı cinayətlər kimi əməllərə dəstək verməkdir.

Həzrət Ayətullahul Uzma Xamenei cənabları, Qərbin insan haqlarının müdafiəsi kimi saxta iddianın digər bir nümunəsi olaraq Tehran küçələrində inanclı gənclərin sui-qəsdinə və öldürülməsinə dəstək verildiyini bildirərək çıxışında buyurub: ” Arman Əliverdi və Ruhullah Əcəmian kimi ən saf gənclərimiz Qərb mediasının sifarişi və təhriki ilə işgəncə olunaraq öldürülüb.”

Həzrət Ayətullahul Uzma Xamenei cənabları düşməni, onun məqsəd və istifadə etdiyi üsulları, həmçini hədəflərini tanımağın zəruriliyini vurğulayaraq bildirdilər ki: “Düşmənin “yumşaq müharibəsinin” miqyasını tanımaq hər kəsə lazımdır, lakin ən çox mədəniyyət və incəsənət xadimlərinə və bu sahədə fəal olanalar daha çox lazımdır. Onlar bu istiqamətdə heç vaxt təsirə düşməməli və digərlərini isə, düşmənin tutduğu mövqeyini, onun yaraq-yasağını tanıtdırmalıdırlar.”

O həzrət, ölkədə çoxlu xeyirxah, dindar, inqilabçı şairlərin olmasından məmnunluğunu ifadə edərək buyurdu: “Şair ruhu olduqca duyğulu və emosionaldır, amma problemlərlə üzləşəndə ​​emosional davranmaq əvəzinə, düşünüb-daşınmalı, mövcud səhnəni düzgün qiymətləndirməli, öz istedadından yararlanmaqla öhdəsinə düşən vəzifəsini yerinə yetirməlidir.

Həçinin O həzrət, əczaçılıq sahəsində, dərman pereparatlarının embarqosunu və müxtəlif bəhanələrlə peyvəndlərin çatdırılmasının qarşısının alınmasını Qərbin İrana qarşı hücumlarının digər bir nümunəsi olduğunu bildirməklə sözünün davamında buyurdu: “Əgər onlar İran İslam Cumhuriyyətini və onun xalqını qidadan məhrum edəcək bir şeyi də edə bilsələr, bunu etməkdən heç də çəkinməzlər.

Həzrət Ayətullahul Uzma Xamenei mənfur niyyətlilərin İrana müxtəlif müstəvidə hücümunun bir nümanəsi kimi media sahəsində minlərlə mətbuat orqanlarından yalan, şayiə və fəsadı təbliğ etmək üçün istifadə etdiklərinə işarə edərək bildirdi ki :” Düşmənin bu hücumundan məqsədi düşüncə və dərketmə tərzininin gücünü zəiflətmək, milli azadlıq ruhiyyəsini öldürmək və eləcə də, milli istiqlal və birliyi, İslama itaət və əməlini daha da azaltmaqdır.

O həzrət, qadınların dini etiqdi inanclarının zəiflədilməsini İrana qarşı digər hədəflərdən biri kimi göstərməklə, İslam İnqilabının qələbəsi və ondan sonrakı dövrdə qadınların təsirli roluna işarə edərək, qeyd etdi ki: ” Qərblilərin İran qadınlarına ehtiram etməz, onlara hörmət qoymazlar, bəlkə əksinə onlara qarşı kinəlidirlər. Onlar öz yalanları ilə  azadlıq və qadın hüquqlarının tərəfdarı kimi  təqdim edirlər.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button