ArxivIslamXəbər lentiXəbərlər

“İslam İnqilabı bütün dünyaya müsbət təsirini göstərməkdədir”-VİDEO Featured

Rövşən Əhmədli: ““Qarabağın azadlığı üçün İslamın vəhdəti vacibdir”.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli İran İslam İnqilabının 38-ci ildönümü münasibətilə Tehranda keçirilən İslam Oyanışı Beynəlxalq Konfransına dəvət olunub.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, Konfrans İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xomenei həzrətlərinin müşaviri, İslam Oyanışı Hərakatının baş katibi doktor Əli Əkbər Vilayəti tərəfindən açıq elan olunub.

Doktor Əli Əkbər Vilayəti qonaqları salamladıqdan sonra konfransda məruzə ilə çıxış edib.

Konfransın ikinci hissəsində  Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli Rəyasət Heyətinə dəvət olunub.

Konfransda çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev İslam İnqilabının dünya müsəlmanlarına verdiyi tövhədən danışıb.

Dünyanın hər tərəfindən gələn qonaqlar çıxış edirlər. Bu gün İslam İnqilabının ildönümü münasibətilə şəhərdə yürüş oldu.

Eyni zamanda R.Əhmədli mehrnews agentliyinin müxbirinə müsahibə verib.

O, Müsahibəsində İran İslam İnqilabının nəticəsindən danışıb: “İran İslam İnqilabı təkcə regionumuzda deyil, bütün dünyaya müsbət təsirərini göstərməkdədir”.

Daha sonra Qarabağ və Qüds mövzusuna toxunan R.Əhmədli  Qarabağın işğalını bütün islam dünyasının problemi kimi təqdim edib: “İşğal altında olan bütün islam torpaqları kimi Qarabağın da azadlığı üçün İslamın vəhdəti vacibdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button