ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

İŞİD terrorçusunun Azərbaycanlı həyat yoldaşı bu günlərdə Almaniya məhkəməsinde……

İŞİD terrorçusunun dul qalmış həyat yoldaşı bu günlərdə Almaniya məhkəməsi önünə çıxarılaraq mühakimə olunub

İŞİD terrorçusunun dul qalmış həyat yoldaşı bu günlərdə Almaniya məhkəməsi önünə çıxarılaraq mühakimə olunub. Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən və həbs olunmazdan bir müddət öncə vətənə dönən 32 yaşlı qadın 5 il azadlıqdan məhrum edilib.

qafqaz.ir Virtualaz.org-a istinad  xəbəre gore, bununla bağlı alman mətbuatı məlumat yayıb.

İttihama görə, iki uşaq anası Səbinə Z. 22 yaşında olarkən islamı qəbul edib. O, 2013-cü ilədək ailəsi ilə birgə Berlində yaşayıb. Ərindən ayrıldıqdan sonra isə Suriyaya yollanıb. İŞİD-in fəal üzvlərindən biri, əslən azərbaycanlı olan şəxslə yenidən ailə qurub.

İkinci ərini döyüşdə itirən Səbinə dörd il Suriyada və İraqda yaşayıb. Ev işləri və təsərrüfatla məşğul olan qadın ikinci nikahdan daha iki övlad dünyaya gətirib.

 

İstintaqla həmçinin müəyyən edilib ki, Səbinə Z. sosial şəbəkələrdə İŞİD döyüşçülərinin həyatını təbliğ edib, döyüş təlimləri keçib, edamlara qatılıb. O, 2017-ci ildə kürd silahlıları tərəfindən saxlanılıb. 2018-ci ildə Almaniyaya qayıdıb və elə burada da həbs olunub.

Məhkəmə prosesində Səbinə Z. ifadəsində könüllü olaraq radikallara qoşulduğunu etiraf etsə də, terror təşkilatının üzvü olması ilə bağlı ittihamları qəbul etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button