ArxivXəbər lentiXəbərlər

İŞİD qığılcımı Azərbaycana sıçraya bilərmi?!

 Bu günün aktual mövzularından biri, bəlkə də, ən önəmlisi budur ki, görəsən, Azərbaycanda Suriya, İraq hadisələri təkrarlana bilərmi?! Ümumiyyətlə, hazırkı dövrdə dünyaya tolerantlıq nümunəsi ola biləcək vətənimizdə nə vaxtsa konfessiyalararası ziddiyyət yaşana bilərmi? Və ya İŞİD qığılcımı Azərbaycana sıçraya bilərmi?!
Onu qeyd edək ki, bir sıra bölgələrdə yerli sakinlərdən ardıcıl olaraq dini tolerantlığıın qorunmasını gözləmək əbəsdir. Misal üçün, ölkəmizin cənub bölgələrində digər bölgələrə nisbətdə vəhhabi cərəyanına qarşı münasibət daha kəskindir. Və bu, başa düşüləndir də. Çünki vəhhabilərin keçən bir neçə əsrdə şiə cərəyanı nümayəndələri ilə toqquşma, dözümsüz münasibət və bəzi hallarda cinayətləri göz qabağındadır. Bütün bu keçmiş və ya indiki problemlər, oradakı əhaliyə məlumdur və aydındır ki, müzakirə də olunur.
Şimal bölgələrində isə vəziyyət belədir ki, ora yeni ayaq açmış və getdikcə artan sələfi təriqəti tərəfindən şiə məzhəbinə qarşı ya dözümsüzlük, ya da kəskin düşmənçilik münasibəti bəslənir. Bəziləri özlərini daha tolerant təqdim etməyə çalışsalar da, həmin sələfilər arasında radikal olanları və öz düşmən mövqeyini gizlətməyənləri də olduqca çoxdur. Bunu biz sosial şəbəkələrdə Azərbaycandan olan bəzi bu təriqət üzvlərinin şüarları və mövqeyindən görə bilərik. (Əlbəttə, ənənəvi sünni və şiə əhalisi arasında bu problem yoxdur, bunlar tarixən yanaşı dinc olaraq yaşamış və qeyd edilən problemlərlə demək olar ki, toqquşmamışlar.) Hazırki dövlət siyasəti, QMİ, DQDK, digər əlaqədar orqanlar müxtəlif vasitələrlə bu ziddiyyətlərin qeyri-təbii inkişafına əngəl yaratsalar da, potensial təhlükə ehtimalı da istisna edilmir. Sabirabad, Müşfiqabad hadisələri bir daha sübut edir ki, ölkədə neqativ hadisələrin törənə bilməsi üçün potensial durum var. Düzdür, ekspertlər bunun yalnız bir, ən çoxu iki dəfə baş verə biləcəyini qeyd edir. Çünki hazırda güc strukturları istənilən xoşagəlməz hadisəni yerində neytrallaşdırmağa qadirdir. Lakin bu, səbəbi aradan qaldırmaqdan çox, nəticəni təmizləməyə xidmət edəcək. Səbəblərin aradan qaldırılması üçün isə olduqca böyük, ardıcıl ideoloji iş aparılmalıdır. Odur ki, hamının da başa düşdüyü kimi, indidən profilaktik, öncədən tədbir görmə məqsədilə dini dözümlülük, dini maarifçilik, dini anlaşma müstəvisində işlər görülməlidir. Bundan başqa, təlimlərinin əsasında tolernat, dözümlülük prinsipi olmayan yad məzhəb-təriqətlərin ölkəmizdə təbliğinin, inkişafıının qarşısı sivil qaydada alınmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button