ArxivXəbər lentiXəbərlər

İŞİD liderlərindən biri 400 terrorçu ilə Avropaya girdi – ƏTRAFLI – FOTO

Kosovonun “Cihadi Con”u Avropaya gəldi.

İslamazeri.az-ın “Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, aralarında İŞİD terror təşkilatının başçılarından da birinin olduğu bir qrup terrorçu qaçqın görkəmi altında Suriyadan Avropaya gəlib. Bu haqda məlumatı İtaliya xüsusi xidmət orqanlarındakı mənbələrdən veriblər.

Bu dəstənin başında albaniyalı terrorçu Lavdrim Muhaciri durur. O İŞİD-in yüksək vəzifəli komandirlərindən biridir. Adıçəkilən terrorçu həm də Əbu Abdullah əl-Kosova adı ilə məşhurdur. Terrorçuların ehtimal edilən hədəfləri arasında Kosovodakı bir sıra dövlət müəssisələri, həmçinin də serb pravoslav kisləri var.

Qeyd edək ki, noyabr ayında Kosovo və Albaniya ərazisində 19 nəfər tutulmuşdu. Onlar regionda terror aktlarının hazırlanması və İŞİD-lə əlaqəli olmaqda şübhəli biliniblər. Planlaşdırılmış terror aktları arasında noyabr ayının 12-si baş tutmuş Albaniya-İsrail futbol matçı da var idi. Xüsusi xidmət orqanlarının məlumatlarına əsasən, saxlanılmış şəxslərin fəaliyyətlərini Lavdrim Muhaciri uzlaşdırırdı. Qeyd edək ki, Balkan KİV-ləri onu Kosovanın “Cihadi Con”u adlandırırlar.

Makedoniyada doğulmuş 27 yaşlı Muhaciri Suriyaya 2012-ci ilin sonunda gəlmişdi və bir neçə dəfə İŞİD terror təşkilatının təbliğat videolarında görülüb. Bildirilir ki, o albanları terror təşkilatına qoşulmağa səsləyib. İnternetdə onun əsir düşmüş şəxsin başını kəsdiyinin təsvir olunduğu şəkillər, həmçinin qumbaraatanla insan öldürməsinin lentə alındığı video da yerləşdirilib.

İtaliya kəşfiyyat xidmətlərindəki mənbələrin iddialarına əsasən, terrorçular kütləvi şəkildə Avropa və Balkan ölkələrinə gəlirlər. Onlardan bəziləri xidmət orqanlarının “görüş dairəsinə” düşsə də, lakin bir çoxları sərhədi nəzərə çarpmadan keçməyə müvəffəq olurlar. Sərhədlərin terrorçular üçün keçilməz sədd olmadığına misal kimi Muhacirinin 2013-cü ildə Suriyadan Kosovoya gəlməsini göstərmək olar. O həbs edilmədən Avropadan çıxmağa müvəffəq olmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button