ArxivIslamXəbər lentiXəbərlər

Müsəlman ölkələrinin liderləri Moskvada toplanacaq

Moskva şəhərində məscidin açılışına müsəlman ölkələrinin liderləri dəvət edilib
Qafqaz.ir-ın “izvestia”-ya istinadən verdiyi xəbərə görə, müsləman ölkələrinin liderləri sentyabr ayında Moskva şəhərinə gələcəklər.

Səbəb isə Rusiyanın paytaxtı Moskva şəhərinin  Sülh prsopektində inşa edilməkdə olan cümə məscidinin açılışında iştirak etmək olacaq.

Məscidin açılışına Fələstin, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan,Tacikistan, İran və digər müsəlman ölkələrinin liderləri dəvət edilib. Məlumata əsasən, məscidin təntənəli açılışı sentyabr ayının ikinci yarısına və yaxud 23-də keçirilməsi nəzərdə tutulur. Rusiya Müftilər Şurasından bildiriblər ki, Moskva cümə məscidinin açılışı qurban bayramı ərəfəsində keçiriləcək. Tədbirdə iştirak etmək üçün dəvət olunan nümayəndələrdən ABŞ, Türkiyə , Hindistan, Çad, Sudan, Liviya İraq üzvlər öz iştiraklarını təsdiq ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button