AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbil Hüseynçi türk dilli şairlərin ilk beynəlxalq qurultayının çağırışı buraxılmışdır

Ərdəbil əyaləti mədəniyyət və islami irşad baş idarəsinin direktoru Ərdəbil Hüseynçi türk dilli şairlərin ilk beynəlxalq qurultayının çağırışı buraxıldığını bildirmişdir.

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən bu gün seyid Nasir İshaqi Ərdəbil Hüseynçi türk dilli şairlərin ilk beynəlxalq qurultayının keçirilməsinə dair iclasda bildirmişdir: Ərdəbil Hüseynçi türk dilli şairlərin ilk beynəlxalq qurultayı dünyanın türk dilli Hüseyçi şairlərinin su və güzgünün abırı olan müqəddəs sahətə vurğunluqlarını bildirmək bəhanəsilə Ərdəbildə keçirilir.

O demişdir: festivalın məqsədi xalis əhli-beyt mədəniyyətinin yayılması, mehribanlıq peyğəmbəri həzrət Məhəmmədin (s) təclili, Hüseynçi mədəniyyətin və zəngin Aşura maarifinin yayılması, əhli-beyt mədəniyyəti xadimləri üçün mənəviyyətlə dolu səmimi ab-hava yaratmaqdır.

İshaqi qurultayın digər hədəflərindən dünyanın türkdilli Hüseynçi şairlərin, həzrət Əbaəbdillah Hüseyn (ə)-ın səmavi əxlaqiyyatı sahəsində samballı əsərlərin yaradıcılarına minnətdarlıq etmək, Hüseyn hərəminin ləyaqətli sərdarı həzrət Əbəlfəzl Abbas (ə)-ın məqamını yüksək tutmaq və Hüseynçilik paytaxtı və Bənihaşimin parlaq ayının vurğunları diyarı Ərdəbil darülirşadını təqdim etməyini qeyd etmişdir.

Ərdəbil əyaləti mədəniyyət və islami irşad baş idarəsinin direktoru qurultayın proqramlarına işarə edərək bildirmişdir: qurultay üç hissədən ibarətdir: həzrət Məhəmməd Müstəfa, zaman gövdəsinin ölməz eşqi həzrət Əbaəbdillah Hüseyn, həzrət Əbəlfəzl Abbas. O açıqlamışdır: bu sahədə çalışanlar 20 Şəhrivərə kimi aşağıdakı məzmunları ehtiva edən əsərlərini baş idarəmizdə yerləşən qurultay katibliyinə göndərə bilərlər: həzrət Rəsuli-Əkrəmin, imam Hüseyn (ə)-ın fəzilətləri, öyünülməsi, dostluğu və nəcib əxlaqiyyatı, həzrət Abbasın (ə) anadan olması, şəxsiyyəti, fəzilətləri, vilayətə tabeliyi, vəfalılığı, dilavərliyi, qorxmazlığı və şəhadəti. Ərdəbil Hüseynçi türkdilli şairlərin ilk beynəlxalq qurultayının katibi qurultayın ümumi şəraiti və qayda-qanunları haqqında demişdir: hər bir iştirakçı maksimum üç əsərini bir CD-də göndərməlidir.

Festivalın mövzularından kənar əsərlər sıradan çıxarılacaqdır. İshaqi, katiblik əsər sahiblərinin xassələri qeyd edilməyən Əsərlərin qəbulundan imtina edəcəkdir və seçkin əsərlər isə kitab şəklində çap olub iştirakçılara və həvəskarlara veriləcəkdir deyə artırmışdır: proqrqmlarda və bağlanış mərasimində üstün əsər sahiblərindən çıxış üçün dəvət olunacaqdır.

O demişdir: qurultay tamamilə rəqabət xarakteri daşıyır və bütün yaşlara mənsub yaradıcılar, bütün məzmun və formalar, yaradıcılıq metodları, o cümlədən ənənəvi, nimai, sepid, və sürud metodlarını ehtiva edir. Xaricdə yaşayan Hüseynçi şairlərə gəldikdə isə onlar öz əsərlərini və iştirak etmə ərizələrini İran islam respublikasının səfirliyindəki mədəniyyət ataşasına verməli, yaxud da Ərdəbildəki ünvana göndərməlidirlər.

Ərdəbil mədəniyyət və islami irşad baş idarəsinin direktoru göndərilən əsərlərin geri qaytarılmayacağını vurğulayaraq bildirmişdir:  Ərdəbil Hüseynçi türk dilli şairlərin ilk beynəlxalq qurultayı Ərdəbil əyalətinin ümumi mədəniyyət şorası tərəfindən və fərhəng və islami irşad nazirliyinin mədəni müavinliyi, mədəniyyət və islami əlaqələr təşkilatı, Ərdəbil valiliyi, Ərdəbil əyaləti mədəniyyət və islami irşad baş idarəsi və bünyan Püjuhan agah mədəni müəssisəsinin iştirakı ilə və 7-9 Mehr ayında keçiriləcəkdir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button