ArxivXəbər lentiXəbərlər

İŞİD iki rusiyalı hərbçini əsir götürdü

“İslam dövləti” terror təşkilatının tabeçiliyində olan “Amak” agentliyi əsir düşmüş rusiyalı hərbçilərin görüntülərini yayıb.
qafqaz.ir Oxu.Az-ın xəbərinə görə, videonu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı dərc edib.
Videoyazıda saqqallı şəxs özünü Zabalotnı Roman Vasilyeviç kimi təqdim edir. O bildirir ki, 1979-cu ildə Rostov vilayəti Aksay rayonu Rassvet qəsəbəsində doğulub. Romanın sözlərinə əsasən, o İŞİD yaraqlılarının əks-hücumu zamanı Suriyanın Şulya qəsəbəsi ərazisində əsir düşüb.
Bundan əlavə Roman yanındakı ikinci şəxsi Surkanov Qriqori Mixayloviç olduğunu bildirir (1978-ci il, Moskva vilayəti, Domodedovo rayonu). Qriqori bütün video zamanı susur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button