ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar – FOTOLAR

İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar.

Terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər.

Faktxeber.com lent.az-a istinadən Rusiyanın qanunsuz silahlı birləşmələrə qoşulduğu üçün beynəlxalq axtarışa verdiyi və ölkəyə daxil olmasına qadağa qoyduğu bəzi azərbaycanlı qadınların adlarını və fotolarını təqdim edir.

Seyidfatimə Mustafayeva – 13 yanvar 1997-ci ildə Dərbənddə anadan olub.

Sabrina Həbibova – 15 iyul 1996-cı ildə Dağıstanın Xuçni kəndində anadan olub.

Zamirə İsmayılova – 21 avqust 1980-ci ildə Dağıstanın Ərsi kəndində anadan olub.

Aydan Qəribova – 1 oktyabr 1989-cu ildə Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. Həm Rusiya, həm də Gürcüstan vətəndaşıdır.

Aygül Məmmədova – 19 yanvar 1995-ci ildə Vladimir şəhərində anadan olub.

Bildirilir ki, adları qeyd edilən qadınların hamısı Azərbaycan dilində danışır. Onların barəsindəki bütün məlumatlar adlarına açılmış anketlərdə cəmləşdirilib.

Qeyd edək ki, Rusiyanın qanunsuz silahlı birləşmələrə üzv olduğu üçün axtarışa verdiyi qadınların siyahısına nəzər salanda məlum olur ki, onların əksəriyyəti Dağıstan və Çeçenistandandır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button