ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İşğal altında olan Sərsəng Su Anbarı da TƏHLÜKƏDƏDİR – BİZ İSƏ SEYR EDİRİK…

Azərbaycan Respublikası Tərtər rayonu ərazisindəki 30 ildən çoxdur ki, işğal altında qalan Sərsəng su anbarında suyun səviyyəsi hər gün 50 santimetr azalır.

Moderator.az xəbər verir ki,  qanunsuz “su komitəsi” sədrinin səlahiyyətlərini icra edən Ararat Xaçatryan “Armenpress” agentliyinə bildirib. O, əlavə edib ki, su anbarının su ehtiyatı xeyli azalıb.

“Sərsəng su anbarı indi Qarabağda yeganə elektrik enerjisi mənbəyidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi 8 metr aşağıdır. Bu gün su anbarına su axını saniyədə 4 kubmetr təşkil edir ki, bu da çox aşağı göstəricidir. Tərtər çayından su axını saniyədə 30, 40, 50 kubmetrə çata bilir… Su anbarının səviyyəsi yüksək olduqda, elektrik enerjisi istehsal etmək üçün daha az su istifadə olunur. Bu göstəricinin aşağı düşməsi ilə yanaşı, təzyiq də azalır və eyni miqdarda elektrik enerjisi əldə etmək üçün artıq daha çox su tələb olunur”, – Xaçatryan izah edib.

Xatırladaq ki, bundan öncə Sərsəng su anbarında suyun səviyyəsinin “görünməmiş şəkildə 20 metrdən çox azalması” haqda və jurnalist Marut Vanyanın Sərsəng su anbarının son bərbad durumunu əks etdirən görüntülərini nümayiş etdirən materiallar təqdim edib.
Onu da xatırladaq ki, 2022-ci il avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli erməni mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib.

Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi. Görüşdə əsasən iki məsələ – su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Təəssüf ki, bundan sonra əməkdaşlıq davam etməyib…

Onu da qeyd edək ki, Azərbaycanın Tərtər və ətraf rayonlarının bir hissəsinin əkinləri 2020-ci ildə 44 günlük savaş zamanı azad edilmiş Suqovuşan su anbarı vasitəsilə suvarılır. Və həmin anbara su Sərsəng su anbarından keçməklə daxil olur.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button