ArxivXəbər lentiXəbərlər

İranlı general: ABŞ-ın bölgədəki bütün bazalarını vura bilərik

İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami bu gün keçirdiyi mətbuat konfarsında regionda baş verən proseslərlə bağlı bəzi açıqlamalar verib.
FaktXəbər-in məlumatına görə, İslam İnqilabı Məsləhətləşmələri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandıran general bildirib ki, Qərblə İran hər hansı bir raket razılaşması danışıqları aparmır: “Bütün dünya bu mövzuda rahat olmalıdır.”
General əlavə edib ki, ABŞ-ın Suriyadakı iştirakı qeyri-qanunidir və mütləq uğursuz olacaq: “Sözsüz ki, amerikalılar bölgədən ayrılmaq məcburiyyətində qalacaq.”
Daha sonra İsrailin İrana məxsus pilotsuz təyyarəni vurması ilə bağlı sualı cavablandıran Səlami, “biz İsrail tərəfindən səsləndirilən hər hansı bir iddianı cavablandırmırıq, çünki İsrail yalançıdır”, – deyib.
İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdə olduğunu da sözlərinə əlavə edən general, “Avropalılar bilsin ki, bizim raketlərimiz müdafiə üçündür və biz bu gücümüzü artırmaqda müstəqilik” söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button