ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranla müştərək layihələr geniş pespektivlər açacaq

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev İran və Azərbaycan prezidentlərinin Xudafərində keçiriləcək görüşü haqqında Axar.az-a bildirib ki, yeni həyata keçiriləcək layihələrlə Azərbaycan Fars körfəzinə çıxış əldə edəcək. Ekspertin fikrincə bu həm Azərbaycan həm də bütün region ölkələrinin maraqlarına cavab verəcək:
“Çünki Qırmızı dənizdə baş verən hadisələr beynəlxalq yükdaşımalarını təhdid altına alır. Bununla yanaşı, məsələ Naxçıvan baxımından da önəm daşıyır. Nəticədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi, onun etibarlı təminatı və region ölkələri üçün ixrac yolu açılacaq”.
Ekspertə görə, Rusiyanın Ukrayna ilə müharibəyə başlaması və Qəzza savaşı bütün dünya üzrə tədarük zəncirini zədələyib. Bu fonda ölkələr idxal və ixracla bağlı bir çox problemlərlə üzləşib. Yəni daşınma marşrutları bir neçə dəfə uzanıb. Ona görə də beynəlxalq ictimaiyyət hazırda yeni nəqliyyat dəhlizlərinin, yollarının formalaşdırılması ilə maraqlanır.
Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi prezidentlər İbrahim Rəisi və İlham Əliyevin Novruz bayramınadək Xudafərinə səfər edəcəyini, Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi olacağını bildirib. Musəvi Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlərin davam etdirildiyini də deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button