Aktual

Daha bir ilahiyyatçı Qamət Süleymanova cavab verdi

Sələfləri kimi, həmişə unikal fətva sahibi olan Qamət Süleymanov yenə də təzə fətvası ilə top onluğa daxil ola bildi. Deməli, Qamət deyir ki, “Əgər məscid qəbir üzərində tikilibsə dağıdılmalıdır.” Ay Qamət axı kim öyrədim sənə bu islamı? Harda yazılıb bu dediklərin? Peyğəmbər sünnəsinə əsaslanıb danışırsansa sünnədə belə bir şey yoxdur. Sən də öyrənəsən deyə bu məsələni iki cəhətdən araşdıracayıq:

a) Allah övliyaları və saleh insanların Qəbri kənarında məscidlərin tikilməsi

b) Adi insanların qəbri üzərində və qəbristanlıqlarda məscidin tikilməsi.

1. Qəbrlərin kənradında, xüsusən də Alah övliyalarının və saleh bəndələrin qəbrləri üzərində məscid tikməyin dinlə zidiyyəti yoxdur. Çünki belə məkanlarda tikilmiş məsidlər ziyarətçilərin ziyarətdən öncə və sonra bu məscidlərdə namaz qılıb ibadət etmələri üçün nəzərdə tutulub.Bu işin haram omasına dair dində heç bir dəlil yoxdur. Quranın nəql etdiyi “Əshabi-Kəfin” dastanından da istifadə edərək bu işin əvvəlki şəriətlərdə də caiz olmasını və Quranın da bu hadisəni tənqid etməyərək nəql etməsi bu işin dinimizdə də icazəli olmsına bariz nümunədir. “Əshabi -Kəfin” hadisəsi 309 ildən sonra camaat üçün aşkarlandıqdan sonra camaat arasında onların ehtiramını ucaldıb xatirələrini əbədiləşdirmək məqsədi ilə iki fikir formalaşdı:

Bir dəstə onların qəbrləri üzərində(onlardan xatirə qalsın deyə) məqbərə tikməyi irəli sürdülər. Quran bu nəzərə işarə edərək belə buyurur:

«و قالوا ابنو علیهم بنیانا» – Dedilər: “onların qəbri üzərində bina (məqbərə) tikək.”

İkinci dəstə isə onların qəbrləri üzərində (təbərrük etmələrindən sarı) məscid tikilməsi təklifini irəli sürdü. Demək olar ki, bütün təfsirçilər birinci təklifin müşriklər, ikinci təklifin isə müvəhhidlər və Allaha inanan şəxslər tərəindən irəli sürüldüyündə həmrəydirlər. Ona göə ki, Quran bu dəstənin təklifini bu cür işıqlandırır:

«وقال الذین غلبوا علی امرهم، لنتخذن علیهم مسجدا» – Birinci dəstəyə qalib olan tərəflər isə onların qəbri üzərində məscid tikilməsini dedilər.

Tarix deyir ki, Əshabi -kəfin zühur dövrü tövhidin şirk üzərində qələbəsi zamanına təsadüf edir. Artıq camaatı bütbərəstlik və şirkə dəvət edən rəhbərdən əsər-əlamət qalmamışdır. Deməli, belə şəraitdə qalib qurupun müvəhhidlər və tövhid əhli olması aşkardır. Onların qəbri üzərində məscid tikmək təklifini də məhz bu müvəhhid, Allahpərəst və ibadətlə məşğul olan insanlar irəli sürdülər. Əgər həqiqətən də qəbrlərin kənarında məscid tikmək şirk və azğınlıq idisə nəyə görə müvəhhidlər belə bir təklif irəli sürdülər? Və ən əsası nəyə görə Quran onların işini tənqid etməyərək olduğu kimi nəql edir? Quranın bu insanların təklifi barədə sükut edərək bu tərzdə (tənqid etmədən) nəqli bu işin caiz olmasına dəlil deyilmi?

Allah bir qrup insanın şirkini bəyan etdiyi halda onun yanından onu aşkar yaxud üstü pörtülü şəkildə tənqid etməməsi düzgün olmazdı.

Ay Qamət, hədisə əsaalnıb fətva verməzdən qabaq heç olmasa Qurana da müraciət edərdin ki, biləsən verdiyin fətva Qurana ziddir yoxsa müvafiq?

İstər əhli sünnə istərsə də şiə mənbələrində övliyaların qəbri kənarında məscid tikilməsi və orada ibadət olunması sabit olunmuş bir məsələdir. Bu işin şirk və qadağan olmasını deyən yalnız Sələfi-vəhhabi firqəsidir. Qamət Süleymanov da hər dəfə vəhhabi olmadığını deyir. Yaxşı əgər vəhhabi deyilsənsə bəs kimsən? Nəyə görə həmişə qeyri adi fətvalar verib məmləkətdəki ənənəvi müsəlmanlar arasında ixtilafa səbəb olursan? Yoxsa səndə yeni “Qamətçilik” təriqətimi yaratmaq fikrindəsən? Vəhhabilərin Zeyd ibn Əlinin (ə) evində yerləşən peyğəmbərin uşaq ikən vəfat etmiş oğlu İbrahimin (ə) ziyarətgahını, Peyğəbərin əmisi Hz. Həmzənin (ə) qəbiri üzərindəki məscid binasını, Səd bin Məazın qəbri üzərindəki məscid binasını, Hz. Əlinin hərəmini, Hz. Xədicənin (s.ə) qəbri üzərindəki məscid binasını, Hz. Hüseynin (ə) hərəmini (düz 7 dəfə), Bəqi qəbristanlığında dəfn olunmuş 4 İmamın hərəmini, Salman Farsinin qəbri üzərindəki məscid binasını və təzə əsirdə də Suriyadakı Hücr İbni Ədiyin ziyarətgahını dağıtmaqla kifayətlənməyib qəbrini də uçurmaları bunların əhli sünnə adından çıxış edən amma həqiqətdə vahid islam ümməti üçün təhlükəli bir ünsürlər olduğunu səndə gözəl bilirsən. Elə ona görə də özünün vəhhabi olmadığını iddia edirsən.

2. Adi insanların qəbri üzərində və ümumiyyətlə qəbristanlıqlarda məscidin tikilməsi barədə məsələyə gəldikdə isə yenə də vəhhabilərdən başqa hamı bu işin məkruh (bəyənilməyən) iş olduğunu qeyd etmişdirlər. Vəhhabilərdən başqa heç bir islam firqəsi bu işin haram olmasına dair bir söz deməyib. Əminəm ki, bu məqaləni oxuyan vəhhabilər dərhal sünnü və şiə mənbələrindən öz əqidələrinin isbatına bir sıra hədislər gətirəcəklər. Amma onu da qeyd edim ki, bu məsələ barədə nəql olunan hədislər iki dəstə olduğundan biz bunlarıın məcmuəsini yuxarıda qeyd etdiyimiz Quran ayəsi ilə tutuşdurduqda adi insanların qəbri üzərində və qəbristanlıqlarda məscid tikilməsinin yalnız məkruh olduğu qənaətinə gəlirik.

Bu barədə yalnız şiə fəgihlərinin fətvalarını nəzərinizə çatdırmaqla kifayətlənirəm.

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, işkalı yoxdur.

Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:

Əgər o yer ölülərin dəfni üçün vəqf deyilsə, işkalı yoxdur.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Qəbiristanlığı o halda məscidə çevirmək olar ki, hal-hazırda orada dəfnə heç bir vəchlə icazə verməsinlər, məscid tikilməsi də qəbirlərin, xüsusilə alimlərin qəbirlərinin sökülməsinə və açılmasına səbəb olmasın. Amma o məsciddə namaz qılmaq hər bir halda caizdir. Bunu da nəzərə alın ki, onun torpaq sahəsi qəbiristanlıq üçün vəqf edilmişdirsə, yalnız həmin məqsədlə ondan istifadə etmək olar. Amma əgər ölüləri orada dəfn etmək müəyyən səbəblərə görə mümkün olmasa, belə olan halda gərək oranı satıb pulu ilə qəbiristanlıq üçün yeni torpaq sahəsi alsınlar və dəfn üçün vəqf etsinlər. Əgər kifayət qədər qəbiristanlıq vardırsa, o torpaq sahəsindən məscid, hüseyniyyə, kitabxana və s. üçün istifadə etmək olar.

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) bu suala cavabı belədir:

Əgər oranın torpaq sahəsi qəbiristan üçün xüsusi şəkildə vəqf edilməmişdirsə, yaxud məscidin tikilişi bu yerdə dəfnin mümkünlüyü aradan getməyəcək şəkildədirsə, məsələn, qəbirlərdən ucada tikilirsə; habelə torpağın vəqfnaməsində bu işə dair heç bir qadağa qoyulmayıbsa, onda qəbiristanlıqda məscid tikməyin eybi yoxdur. Əlbəttə, həmin torpaq sahəsi qəbiristanlıq üçün xüsusi şəkildə vəqf edilibsə və məscid tikilişi də ölülərin dəfninə mane olarsa, onda orada məscid tikmək caiz deyildir. Yalnız bu hal istisnadır ki, həmin torpaq sahəsindən qəbiristanlıq kimin istifadə edilməsinin mümkünlüyü müəyyən səbəblərdən, o cümlədən həmin torpaq sahəsinin yaşayış məntəqəsində yerləşməsi və aludəliyin əhaliyə sirayət etməsi ehtimalı kimi səbəblərdən aradan getsin; bu halda gərək cameüş-şərait fəqihin nəzəri əsasında həmin torpaq sahəsində qəbiristanlıqdan məscidə doğru istifadəyə dəyişsinlər.

Məqalə uzun-uzadı olmasın deyə vəhhabilərin bu dinin ziddinə olan təfəkkürlərinin müdafiəsində gətirdikləri dəlilləri burda qeyd etmədim. Amma lazım gələrsə bu dəlilləri ayrıca bir məqalədə bir-bir zikr edib rəddini də qeyd edərik. Sonda Qamət Süleymanova da tövsiyəm bu olardı ki, heç vaxt dərindən bilmədiyi şeylər barədə danışıb əlavə ixtilaflara səbəb olmasın. Əgər qəbir üzərində tikilən məscidlər dağıdılmalıdırsa onda bir dəfəlik Hz. İsmayılın (ə) qəbri kənarında tikilmiş Kəbə evi, Hz. Peyğəmbərin qəbri üzərində bina edilmiş “Peyğəmbər məscidindən” başlasınlar.

Bəhruz Əlizadə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button