AktualAktualArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

İranın şimalında şübhəli hərəkətlər – Təhlil

 

İngiltərə nin rəhbərliyi ilə NATO regionda yeni layihə ardıncadır və Mərkəzi Asiya və Qafqazda təhlükə ocaqları yaratmaqla İran, Rusiya və Çinə qarşı bir növ böhran mərkəzi yaratmaq istəyir.

Qafqaz Həqiqətləri – Azərbaycan Respublikasının Ermənistan ərazisinə etdiyi son hərbi hücumlar zamanı sionist rejimin yüksək rütbəli hərbçilərinin və həmçinin Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərlərinin şahidi olduq. Eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi də Ermənistana səfər etdi.

Bir çox media fərziyyələrinə görə, belə görünür ki, NATO-nun strateji uğursuzluğu və Əfqanıstandan çıxarılmasından sonra Amerika və NATO yenidən regionda İran, Rusiya və Çinə qarşı geostrateji böhranlar yaratmağa çalışır. Buna əsasən , onların bu dəfəki əsas gündəliyi İranla Ermənistan arasında sərhədlərin dəyişdirilməsinə cəhd etmək və Cənubi Qafqazda kommunikasiya dəhlizi və əlaqə koridoru yaratmaq vasitəsilə NATO-nun təsiri altında olan ərazinin Türkiyə ərazisindən keçərək Xəzər dənizinə, Mərkəzi Asiyaya və Qərbi Çinə birləşdirilmə kdir. Bu arada pantürkizm və ya panturanizm ideyalarının böyük bir hissəsi də ingilislərin pərdəarxası fəallığının və dəstəyinin nəticəsi hesab olunur. Hansı ki, Qafqaz və Mərkəzi Asiyada İran, Rusiya və Çin tərəfindən yeni regional nizamın yaradılmasına maneə yaratmaq məqsədi ilə hazırlanmışdır.

Mərkəzi Asiya və Qafqaz İran, Rusiya və Çin olmaqla üç mühüm dövlətin əhatə etdiyi dəhliz kimidir. Ona görə də bu bölgəyə daxil olan istənilən güc sözügedən üç gücün sərhədlərinə praktiki olaraq yaxşı çıxış əldə edə bilər. Bu çərçivədə NATO İngiltərə nin rəhbərliyi ilə bu regionda yeni bir layihə ardıncadır  Mərkəzi Asiya və Qafqazda təhlükə ocaqları yaratmaqla İran, Rusiya və Çinə qarşı bir növ böhran mərkəzi yaratmaq istəyir. Bu baxımdan, hazırda sionist rejimin müharibə naziri və ya Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Azərbaycan Respublikasına son səfəri xüsusi mesajlar daşıyır ki, onlara diqqət yetirmək tamamilə zəruri görünür.

Qafqaz regionu məsələləri üzrə tədqiqatçı və analitik Əhməd Kazimi bu yaxınlarda Press TV-də yayımlanan verlişdə Cənubi Qafqaz regionunda hansı hadisələ rin baş verdiyini açıqlayaraq deyib: “Hazırda İngiltərə, NATO və sionist rejim tərəfindən Cənubi Qafqaz regionunda geosiyasi fitnə həyata keçirilir. Geniş ölçüləri olan bir məsələdir və Makkinder kimi qərb mütəfəkkirləri tərəfindən haqlı olaraq Hartland adlı mühüm qlobal mərkəz kimi müəyyən edilmiş bir bölgədə baş verir. Bu çərçivədə Azərbaycan Respublikasının, hətta Türkiyənin bu ölkənin əsas dəstəkçilərindən biri kimi yeganə qərar qəbul edən tərəf olmadığı bir geosiyasi fitnənin meydana çıxmasının şahidi oluruq. Bu səylərin əsas ideoloji hərəkətvericisi pantürkizm və ya panturanizmdir. Bu, xüsusilə İngiltərənin bölgədəki müstəmləkəçilik tarixinə diqqət etməklə faydalanmağa çalışdığı bir məsələdir. Bu çərçivədə Britaniya və NATO süni pantürkizm və panturanizm ideologiyalarını təbliğ etməklə, İkinci Dünya Müharibəsindən əvvəl nasizmin Avropada yaratdığı şəraiti yaratmağa çalışırlar. Təbii ki, bu cür fitnə-fəsad törədən prosedurların oxşar qədim nümunələri var. Qeyd edək ki, Ermənistan pantürkizmin Mərkəzi Asiya regionuna bağlanmasına qarşı bir növ maneə yaradır. Baxmayaraq ki, əvvəlki illərdə İngiltərə kimi müstəmləkəçi dövlətlər tərəfindən pantürkizmin inkişafına mane olan müxtəlif maneələri aradan qaldırmaq üçün müxtəlif məkirli planlar həyata keçirilib. Bu çərçivədə, əsasən, ikinci Qarabağ müharibəsi də konkret geosiyasi məqsədlərlə, xüsusilə Türkiyəni Azərbaycan Respublikasına, oradan da Orta Asiyaya birləşdirən region üzərində Ermənistanın suverenliyini məhv etmək məqsədi ilə aparılıb. 

Bu arada siyasi ekspertlər də hesab edirlər ki, sionist rejim və Səudiyyə Ərəbistanı rəsmilərinin bu yaxınlarda Azərbaycan Respublikasına səfəri, eləcə də Amerika Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri təsadüfi deyil. Buna əsasən, Səudiyyə Ərəbistanı və sionist rəsmilərin Azərbaycan Respublikasına səfərləri əslində bu ölkənin Ermənistan ərazisinin bir hissəsinin öz ərazisinə inteqrasiyası olan geosiyasi fitnəni həyata keçirmək iddialarına dəstək formasıdır. Hansı ki, bu çərçivədə Amerikanın ikiüzlü mövqeyi açıq şəkildə görünür.

Bununla bağlı “İSNA” məlumat yayıb: “Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı qeyd etmək lazımdır ki, o, ölkəsinin Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Ancaq bu arada ortaya çıxan əsas sual budur ki, əgər Amerika həqiqətən də Ermənistana dəstək ardıncadırsa, Konqresə aralıq seçkilər və sairə zamanı təkcə erməni lobbisindən dəstək axtarmırsa, nə üçün bu ölkə sionist rejimdən Azərbaycan Respublikasına kütləvi silah satışını mümkün qədər tez dayandırmağı tələb etmir? Makro səviyyədə bu balans Amerika və sionist rejim arasında bir növ iş bölgüsü olduğunu göstərir. Bir tərəfdən amerikalılar Ermənistanın cənub torpaqlarının Azərbaycana birləşdirilməsinin əleyhinə olduqlarını bildirirlər, amma digər tərəfdən, Ermənistan hakimiyyətinə təzyiq edirlər ki, kommunikasiya dəhlizi yaratmaq imtiyazı versinlər. Yaradılması beynəlxalq xarakter daşıyan və təkcə Ermənistanın səlahiyyətində olmayan dəhliz. Həmin çərçivədə sionist rejimin Azərbaycana yardımı həm də Ermənistana ABŞ-ın tələbləri ilə razılaşmaq , əks təqdirdə uyğun olmayan senariləri gözləməli olacağına aid xəbərdarlıq siqnalı verir. 

Turan dəhlizinin yaradılması İran, Rusiya və Çinə qarşı konkret olaraq dörd əsas məqsəd güdür. Baş tutan səhvlərdən biri də odur ki, bəziləri Cənubi Qafqaz regionunda baş verən son hərəkətləri səhvən İranın sərhədləri yaxınlığında yerləşdiyi üçün İrana ziyan vuran hadisələr kimi dəyərləndirirlər. Halbuki, Qafqaz regionu və orada Turan dəhlizinin yaradılması bütün Qafqaz regionu, Mərkəzi Asiya və Rusiya və Çinin ətraf ərazisi üçün geniş geosiyasi nəticələrə səbəb olacaqdır. Bununla belə, İran, Rusiya və Çinin Turan dəhlizinin yaradılması ilə vurulmağa çalışıldığı dörd sahəyə aşağıda qeyd olunanlar daxildir:

Birincisi, bu dəhliz nasizm ideologiyasına bənzər fəaliyyət göstərəcək panturanizm ideyasını təbliğ etməyə çalışacaq. Bu dəhliz panturanizm ideyası ilə regionda etnik mərkəzləri İran, Rusiya və Çinə qarşı aktivləşdirməyə çalışır. Təbii ki, bununla bağlı çoxlu faktlar, həqiqətlər ortaya qoyulub .

Digər tərəfdən, Turan dəhlizi Mərkəzi Asiya ölkələrinin qaz kəmərlərini Xəzər dənizindən Azərbaycana birləşdirməyə və Avropanı qazla təmin etməyə çalışır. Bu məsələ reallaşarsa, Avropanın enerji tənliklərində Rusiya və İrana ehtiyacı olmayacaq. Təbii ki, bu arada qərblilərin də strateji səhvi vardır. Bu da ondan ibarətdir ki, İran əsasən qaz kəmərinin Xəzər dənizinin dibindən keçməsinə icazə verməyəcək. Çünki bu dəniz qapalı dənizdir və təbii ki, zəlzələyə meyillidir və əgər onda qəza baş verərsə, bu, İran üçün böyük ekoloji fəlakət olacaq. Məhz bu çərçivədə Türkmənistan İran vasitəsilə Azərbaycan və Türkiyəyə qaz mübadiləsi həyata keçirib və keçirir.

Turan dəhlizinin yaradılmasında digər mühüm məqsəd tranzit məsələsidir. Qafqaz və Mərkəzi Asiya regionu hartlanddır. Bu bölgədə müxtəlif kommunikasiya planları mövcuddur ki, bunlardan biri də Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsüdür. Bu çərçivədə,  Chatham House  analitik mərkəzinin qeyd etdiyi kimi, İran Çinin “Bir K əmər, B ir Y ol” layihəsinin mərkəzindədir. Bu layihə Asiya, Avropa və Afrikanı birləşdirir. Unutmaq olmaz ki, İran da Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə əhəmiyyətli kommunikasiya qolları təqdim edir. Bunlardan başqa Hindistanı Çabahar limanı vasitəsilə Rusiya və Şimali Avropa ilə birləşdirən Şimal-Cənub dəhlizi də var. Hansı ki, bu dəhliz strateji dəhliz olaraq Süveyş kanalını bir növ əvəz edir, hətta Süveyş kanalı ilə müqayisədə xərcləri 50% azaldır. Digər dəhliz isə Fars körfəzini Qara dənizlə birləşdirir . Dördüncü dəhliz isə EKO Dəhliz kimi tanınan Pakistan, İran və Türkiyə dəhlizidir. Bu dörd dəhliz İranı çox strateji vəziyyətdə qoyur, Çin və Rusiyanın iqtisadi nəbzi də bu dəhlizlərdən asılıdır.

“İSNA”-nın hesabatı nın davamında qeyd olunur: “Sözügedən mövzu xüsusilə Ukraynadakı müharibədən sonra çox aktuallaşmışdır. Bu çərçivədə Turan dəhlizi sırf NATO üçün tranzit dəhlizi yaratmağa çalışır. Həmin istiqamətdə bu dəhliz İran, Rusiya və Çinin kommunikasiya dəhlizlərini zəiflətməyə və bu ölkələrin Mərkəzi Asiya və Qafqaz regionunda monopoliyasını məhv etmə yə çalışır.

Nəhayət, Qərb və NATO tərəfindən Turan dəhlizinin yaradılmasının dördüncü məqsədi NATO təşkilatlarının Qafqaz və Mərkəzi Asiyaya genişlənməsidir. Amerika illərdir ki, NATO və müxtəlif sahələrdə əldə etdiyi irəliləyişlər vasitəsilə İran, Rusiya və Çini mühasirəyə almağa çalışır. Bu çərçivədə Turan dəhlizi faktiki olaraq adı çəkilən hər üç ölkənin ətraf ərazisinə nüfuz edə biləcək bir layihədir. Ona görə də Turan dəhlizinin həyata keçirilməsi geosiyasi fitnədir, hansı ki, onun həyata keçirilməsi beynəlxalq hüququn məlum prinsiplərinə də xeyli dərəcədə ziddir. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button