ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın parçalanmasını istəyən sionistlər pərt duruma düşüblər- TƏHLİL

İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya son səfərinin ardınca Azərbaycanın yəhudi icması Kohenin İranın şimal-qərbində guya “azəri azlığına qarşı zülmün dayandırılması” üçün Tehrana təzyiq göstərməsini xahiş edib və onların bu istəyini Azərbaycandakı tayfa rejimi də dəstəkləyib. Sonra isə bunun üçün ssenari hazırlanaraq İsrail parlamentinin üzvlərinə müvafiq tapşırıq verilib. Həmin tapşırıq əsasında İsrail rejiminin bir qrup deputatı Eli Kohenə məktub ünvanlayaraq, İranın şimal-qərbinin parçalanması tezisini irəli sürüb.
Rəsmi müraciətə 32 deputat yəni Knessetin bütün üzvlərinin dörddə biri imza atıb.
Məktubda vurğulanır ki, “Güney Azərbaycanın müstəqil hökuməti qurularsa, İsrailin Azərbaycan Respublikasının yanında bölgədə daha bir müttəfiqi olacaq”.
Məktubunun dərcindən sonra terrorçu İsrail rejiminin informasiya naziri Gila Qamliel yaranmış rüsvayçılığı pərdələmək üçün hərəkətə keçərək öz “Twitter” səhifəsində yazıb ki, o, parlament üzvlərinin əksəriyyətini bu məktubdan geri çəkilməyə inandırıb və artıq 25 nəfər məktubdan imzalarını geri götürüb.
Bu skandalda Bakının nə dərəcədə rol oynaması da əlbəttə ki, düşündürücü məsələdir və hakimiyyət sionistlərlə pərdəarxasında mövcud olan siyasi bazarlığa aydınlıq gətirməlidir.
Yeri gəlmişkən bildirək ki, İlham Əliyev ötən il noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransın açılışındakı çıxışında demişdi: “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Bu kontekstdə sionist deputatların oyunbazlıqlarında Bakının nə dərəcədə rol oynadığı hər kəsi düşündürə bilər.
Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, Bakıdakı rejimin mediası ötən günlərdə Knesset üzvlərinin separatçı hərəkətini kor-koranə alqışlayıb. Həm də bu pis əməl pantürkist dairələri sevindirdi. Hazırda isə sionist hakimiyyət orqanlarının İran xalqının qırmızı xəttinə toxunmasından xəcalət çəkmələrindən sonra pantürkist simalar və dairələr özlərini əvvəlkindən daha çox pis hiss edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button