ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan əlaqələrində mədəni irs böyük rola malikdir

Azərbaycan Respublikasının İrandakı səfiri deyib: Ortaq mədəni irs Tehran-Bakı münasibətlərinin daha da genişlənməsinə öz töhfəsini verir

İRNA-nın verdiyi məlumata görə, Cavanşir Axundov Ərdəbil şəhərində Şeyx Səfiəddin Ərdəbilinin tarixi kompleksini və Ərdəbilin antropologiya muzeyinə baxış keçirərkən deyib: Ortaq mədəni irs qarşılıqlı münasibətlərin genişlənməsində böyük rola malikdir.

Cavanşir Axundov Ərdəbilin İran ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafındakı rolunu önəmli adlandırıb.

o Azərbaycan Respublikasının prezidentinin 23 fevral Tehran səfəri zamanı iki ölkə arasında 11 əməkdaşlıq sazişinin imzalanmasına toxunaraq, dəmir yolu xəttinin və turizm infrasturukturunun inkişaf etdirilməsinin iki ölkə əlaqələrinin inkişafındakı xüsusi əhəmiyyətinə təkid edib. Azərbaycan Respublikasının İrandakı səfiri Ərdəbil şəhərinin tarixi və mədəni əhəmiyyətini xüsusi qeyd edərək deyib: Azərbaycan Respublikası vətəndaşlarının çoxu İrana səfər edərkən ilk öncə Ərdəbilə və ümumdünya Şeyx Səfiəddin Ərdəbili kompleksinə baxış keçirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button