ArxivXəbər lentiXəbərlər

Dörd şəhid anası Ümmül Bənin (ə.s)

  İmam Əli (ə.s) ın dərrakəli həyat yoldaşı Hizam ibn Xalidin qızı Ümmül-Bənin bəni-Kilab qəbiləsinin şücaətli bir ailəsindən idi. İmam Əli (ə.s) ın qardaşı Əqil,o Həzrət (ə.s) üçün elçilik etdi.Onun adı Fatimə idi.İmam Əli (ə.s) dan Abbas,Əbdullah,

Cəfər və Osman adlı dörd övlad sahibi olduguna görə ona Ümmül Bənin (oğullar anası) deyilirdi. Bu ana qəhrəman və igid oğullar yetişdirdi.
Tarixdə igidlik göstərmiş Həzrət Abbas (ə.s) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular.Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki,qəlbi yandı və xüsusən oğlu Abbas (ə.s) üçün göz yaşı axıtdı.
Ancaq ruhiyyəsi o qədər güclü idi ki,bir şer dedi:

Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs! Əlinin övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər.Eşitdim ki,Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar.Əgər oğlumun əli olsaydı,kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?
Bəşir Mədinə şəhərinə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyəndə Ümmül Bənin adamların arasından qabağa gəldi və Bəşirə ilk sözü bu oldu: Hüseyn (ə.s) dan mənə xəbər ver.
Oğlanlarım və səma altındakıların hamısı İmam Hüseyn (ə.s) a fəda olsun.

Bəşirdən Hüseyn (ə.s) ın şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: Qəlbimin damarlarını qırdın.
Ümmül Bənin (ə.s) ın Hüseyn (ə.s) a olan sevgisi mənəviyyatının kamilliyinə bir dəlildir ki,rəhbəri yolunda övladlarının göstərdiyi fədakarlıqları unudaraq rəhbərindən söz açdı. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button