ArxivXəbər lentiXəbərlər

The Guardian: Azərbaycanda hələ də “80 siyasi məhbus var”

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndəsi Dunja Mijatovic, Azərbaycanda Seymur Həzi, Nicat Əliyev, Əbdül Əbilov, Rəşad Ramazanov və Araz Quliyev də daxil hələ də həbsxanada olan media üzvlərinin və bloqçuların azad edilməsinə çağırıb

“The Guardian” yazır ki, beynəlxalq insan haqları qrupları təhqiqatçı jurnalist Xədicə İsmayılovanın Azərbaycan həbsxanasından azad edilməsini alqışlayıblar, lakin onlar neftlə zəngin keçmiş sovet respublikasında hələ də çox sayda fəalın və jurnalistin məhbəsdə qaldığını xatırladıblar.

ABŞ-da mənzillənmiş insan haqları müdafiəsi üzrə Freedom House təşkilatının təxminlərinə görə Azərbaycanda xuliqanlıq və narkotik maddə ittihamları ilə həbs edilmiş ən azı 5 jurnalist də daxil 80 siyasi məhbus var.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndəsi Dunja Mijatovic, Azərbaycanda Seymur Həzi, Nicat Əliyev, Əbdül Əbilov, Rəşad Ramazanov və Araz Quliyev də daxil hələ də həbsxanada olan media üzvlərinin və bloqçuların azad edilməsinə çağırıb.

“The Guardian” yazır ki, prezident İlham Əliyev son üç ildə fərqli düşüncə üzərinə daha geniş hücum çərçivəsində müxalif Xalq Cəbhəsi Partiyası və NİDA gənclər hərəkatının üzvləri də daxil bir neçə insanı həbs etdirib.

Bu ayın əvvəllərində N!DA fəalları Bayram Məmmədov və Qiyasəddin İbrahim narkotik maddə ittihamı ilə məhkəməyə qədər həbs ediliblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı da ötən dekabrdan bəri hökuməti devirməyə cəhd, etnik, dini və ictimai nifrəti qızışdırmaq ittihamları ilə hələ də dəmir barmaqlıqlar arxasında qalır.

“The Guardian” yazır ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq REAL hərəkatının lideri İlqar Məmmədov da həbsxanada saxlanır. Avropa Məhkəməsi onun həbs və məhkum edilməsinin siyasi motivli olduğuna inanır.

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq Əliyevin ən nəhayət beynəlxalq çağırışlara qulaq asıldığını göstərən aşkar əlamətlər var. “The Guardian” yazır ki, Xədicə İsmayılovanın azad edilməsindən az əvvəl Rəsul Cəfərov da daxil 16 nəfər həbsxanadan buraxılıb. Hökumət həmçinin insan haqları müdafiəçiləri Leyla və Arif Yunusun müalicə üçün xaricə getmələrinə icazə verib.

“The Guardian” yazır ki, Azərbaycanda Respublika günü ərəfəsində ölkənin birinci ledisi xırda cinayətlərə görə məhkum edilmiş 3500-dək məhbusun azad edilməsi təşəbbüsünü qaldırıb.

“Lakin bu amnistiyaya siyasi məhbus sayılanların da düşüb-düşməyəcəyi hələlik bəlli deyil” – yazır qəzet.

(BBC Azərbaycanca)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button