ArxivXəbər lentiXəbərlər

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri plan imzaladılar – FOTO

Noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.
 
S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.
 
Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd edib.
 
Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
 
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button