ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti: İran IT sahəsində yaxşı nailiyyətlər əldə edib.

Azərbaycan Respublikası prezidenti Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisində İran pavilyonları ilə tanış olarkən deyib: İran İslam Respublikası son illərdə informasiya texnologiyaları sahəsində yaxşı inkişaflar əldə etmişdir.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, İlham Əliyev bu gün İranın rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə tərəfindən Bakutel-2016 sərgisində iştirak edən İran pavilyonlarında qarşılanıb və telekommunikasiya sənayesi sahəsində İranın nailiyyətləri ilə yaxından tanış olub.

Azərbaycan prezidenti İran şirkətlərinin bu sərgidəki iştirakını telekommunikasiya və informasiya texnologiyaları sahəsində İranın xüsusi potensialı və bacarığının nişanəsi adlandırıb və əlavə edib: Ötən ay İrana səfər edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri öz səfəri ilə bağlı mənə hesabat verdi. Bu hesabat bizim rabitə və informasiya texnologiyaları sahəsində bir-birimizlə yaxşı əməkdaşlığımızın oldğunu göstərir və telekommunikasiya və rabitə sənayesi bazarında İran şirkətlərinin iştirakında maraqlıyıq.

Ötən gün 18 ölkənin 200 şirkətinin iştirakı ilə Bakıda işə başlayan Bakutel 2016 dörd günlük sərgisində İranın proqram və sistem üzrə doqquz istehsalçı şirkəti də iştirak edir.

İran İslam Respublikası və Azərbaycan Respublkası hazırda dalğalar, elektronika poçtu daşıyıcılarının mübadiləsi, elektron xidmət və telekommunikasiya proqramı və sisteminin mübadiləsi üzrə əməkdaşlıq edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button