ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Bakıdakı səfiri məsləhətləşmələrini davam etdirir

Seyid Abbas Musəvi küveytli həmkarı ilə görüşüb

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası və Küveytin Azərbaycan Respublikasındakı səfirləri Seyid Abbas Musəvi və Abdullah Məhəmməd Əl-Moad oktyabrın 20-də işğal olunmuş Fələstin ərazilərindəki son hadisələri müzakirə ediblər. Səfirlər bu görüşdə Qəzzə və məzlum Fələstinlilərə ciddi dəstək vermək üçün İslam ölkələri arasında sinerji və qarşılıqlı fikir mübadiləsinin davam etməsini vurğulayıblar.

Bir gün əvvəl isə iranlı diplomat Səudiyyə Ərəbistanı səfiri İsam bin Saleh əl-Catili ilə görüşüb.

Tərəflər Qəzzədə günahsız insanların, xüsusilə də uşaq və qadınların öldürülməsini pisləyərək, sionist rejimin cinayətlərini dayandırmaq üçün İslam ölkələrinin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatının lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button