ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycandakı yeni səfiri açıqlama verdi

İran İslam Respublikasının Bakıdakı səfiri 122 İran vətəndaşının Azərbaycan Respublikasının Astara quru sərhədindən İrana keçdiyini bildirib.

İran İslam Respublikasının Bakıdakı yeni səfiri Seyid Abbas Musəvi bu barədə “Twitter” səhifəsində yazıb:

“İran İslam Respublikası Səfirliyinin və yerli hakimiyyət orqanlarının əməkdaşlığının koordinasiyası ilə Azərbaycan Respublikasında yaşayan 122 İran vətəndaşı bu gün, sentyabrın 6-sı Astara quru sərhədindən ölkəmizə qayıdıb. 122 nəfərlik bu qrupun vətənə gəlməsi ilə koronavirus epidemiyasından sonra Azərbaycan Respublikasından İrana qayıdan soydaşlarımızın sayı 1501 nəfərə çatıb”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Musəvi bu yaxınlarda İranın Bakıdakı yeni səfiri təyin edilib. O, İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Cavad Cahangirzadəni əvəz edib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button