Arxiv

Iran islam respublikasinda 22 Bəhmən yürüşü + Foto

İran xalqı İslam İnqilabının qələbəsinin 35-ci ildönümü yürüşünün sonunda bir qətnamə qəbul edərək, İslami İran coğrafiyasında bütün etnoslar və məzhəblər xüsusilə də, şiə və sünnilər arasında milli birlik, həmrəylik və iqtidara təkid ediblər.

22 Bəhmən yürüşünün sonunda qəbul olunmuş qətnamədə deyilir: İran xalqı düşmənlərin fitnəkar ssenarilərindən mənşə alan çətinliklər və böhranları başıucalıqla arxada qoymasını İmam Xomeyni(r.ə) və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin dahi və müdrik rəhbərliyi və o həzrətə kamil itaət sayəsində olduğunu bildirir və İnqilabın Böyük Rəhbərinin mövqeləri və mənəviyyatını müxtəlif məsələlərdə əsas qərar verməklə təfriqə və vəhdətə qarşı yönəlmiş bütün hərəkətləri məhkum edir.
Bu bəyanatda deyilir: İran xalqı 5+1 Qrupu adlanan ölkələrin İran İslam Respublikası ilə nüvə müzakirələrindəki mövqeləri və rəftarlarını diqqətlə izləyərək, Cenevrə anlaşmasına və İran hökumətinin öz nüvə proqramı ətrafında artıq etimadın yaradılması üzrə atdığı addımlara rəğmən bəzi ABŞ rəsmilərinin “hərbi seçimin masa üzərində olması” barədə olan ədəbsizliyə əsaslanan təhdid və təhqiramiz ifadələrini pisləyir və bildirir ki, düşmənin istənilən təhrikedici hərəkəti Sepah, İran ordusu, Bəsic qüvvələri və İran xalqı tərəfindən dərhal, sürətli və qətiyyətli formada cavablandırılacaq.
22 Bəhmən yürüşünün sonunda qəbul olunmuş qətnamədə daha sonra deyilir: İran xalqı müdaxiləçi hegemonçu qüdrətlərin və onlardan asılı bəzi dövlətlərin Yaxın Şərqdə böhranın yaradılması istiqamətindəki şeytani və təfriqəçi fitnələrini, Amerikanın sionist rejimi silahlandırması və maliyyələşdirməsini, Ərəbistanın region ölkələri xüsusilə də Suriya, Livan, Misir, Bəhreyn və İraqda təkfirçi və sələfi terrorçuları himayə etməsini məhkum edərək, Suriya xalqı və hökumətini , Fələstin və Livanın müqavimət qüvvələrini himayə etməyi, regionun xərçəng şişi sayılan İsraili məhv və Qüdsü azad etmək istiqamətində səylərin göstərilməsini İslam Dünyasının ən mühüm prioritetlərindən hesab edir və İslam Dünyası mütəfəkkirlərini terrorizm ilə təcili və əməli formada mübarizəyə dəvət etməklə, bu zəmində istənilən səhlənkarlığı və qüsuru pisləyir.

108269_281 108273_211 108277_957 108280_382 108298_416 2496608052866828273 amin khosroshahi-2-143 amin khosroshahi-5-135 amin khosroshahi-7-134 IMG10135136 IMG10443541 IMG10443702

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button