Arxiv

Əliyev rejiminin İslamla düşmənçiliyi

Müqəddəs Qurani Kərimin azərbaycan dilində oxunması təklifini verən Milli Məclsin spikeri Oqtay Əsədov yəqin bilməmiş deyildi ki, bu mövzu mətbuatda müzakirəyə çıxarıla bilər, bir az da dəqiq desək, spiker bu təklifi elə ona görə verdi ki, cəmiyyət bu mövzuda müzakirələr aparsın.
Təkliflə bağlı münasibət bildirən ilahiyyatçıların heç də hamısı Oqaty Əsədovun haqsız hesab etmədi, elə adamlar oldu ki, özünü ilahiyyatçı adlandırıb Quranın azərbaycan dilində oxunmasını normal bəlkə də vacib olduğunu bildirdi. Bunun da öz səbəbi var, belə ki, əliyev rejiminə qulluq edənlərin arasında hər peşənin sahibi olduğu kimi, ruhanilər də var.
Öz növbəsində QMİ sədri Allahşükür Paşazadə də bu məsələyə münasibət bildirərkən qeyd Quranın orjinal dildə oxunmasının dinin şərti olduğunu qeyd edib. Bundan başqa münasibət bildirən şiə ruhanilərinin hamısı birmənalı olaraq qeyd ediblər ki, insanların anlaması üçün tərcümələrə, təfsirlərə müraciət etməsi çox doğru olardı və bu olunmalıdır da, lakin bu o demək deyil ki, Quran başqa dildə oxunmalıdır.
Bu günlərdə mətbuatda bu mövzunun müzakirəsi zamanı belə məlum oldu ki, spiker Oqtay Əsədovun təklifi cəmiyyətdə əks səda doğurub və Quranın azərbaycan dilində oxunmasının tərəfdarları heç də az deyilmiş.
Bu da əliyev rejiminin İslamla düşmənçiliyinin nəticəsidir. Yaxın tarixə baxsaq görərik ki, əliyev rejimi əvvəl məscidlərin sökülməsi, azan səsinin kəsdirməsi, “Ya Rəsulullah” deyib yürüş edənləri həbsə atması, hicaba qadağa qoyması, hicaba azadlıq tələb edənləri həbsə atmasından sonra indi də Qurana əl atmaları İslamla düşmənçilik siyasətin davamıdır. Başqa necə adlandırmaq olar bu cür fitnələri?
Onu da qeyd edək ki, Quranın ərəb dilində oxunması ilə bağlı ilahiyyatçıların fikirlərinin üst üst düşməsini təxmin etmək olardı, məzhəb fərqi olmadan güman etmək olardı ki, şiəsi də, sünnisi də, sələfisi də orjinal dildə oxunuşun tərəfdarı olacaq, ancaq hicab məsələsində olduğu kimi bu dəfə də yenə şiələr tək qaldı, şiələrdən başqa heç bir məzhəb təmsilçisi Quranın orjinaldan oxunmasını müdafiə etmədi. Sələfilər susur, nurçu təriqətinin təmsilçisi olanlardan isə azərbaycan dilində oxunmasına müsbət yanaşdığını deyir.
Gələcəkdə əliyev rejimi Quranın azərbaycan dilində oxunması vəyaxud ərəb dilində oxunmasını qadağan etməsi haqqında hər hansı bir qanun qəbul edərsə buna belə təəccüblənmərik, çünki bu cür addımlar rejimin mahiyyətidir, bunu gözləməmək özü böyük bir qəbahətdir./İslamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button