ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın Azərbaycan Respublikasının işğaldan azad olunmuş rayonlarının bərpasında iştirak tərzi araşdırılıb

İran İslam Respublikasının Bakıdakı səfiri və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri iranlı şirkətlərin Qarabağda işğaldan azad olunmuş rayonların bərpasında iştirak tərzini araşdırıblar.

Qafqaz.ir  xəbər verir, İran İslam Respublikasının Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi bu gün öz tvitter səhifəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədovla görüşünə işarə ilə bildirib ki, bu görüşdə azad olunmuş bölgələr xüsusiyyət təşkil etməklə müxtəlif sahələrdə İran və Azərbaycan Respublikasının sahibkarları, həmçinin dövlət və özəl sektorlarının həmkarlığı qarşısında duran fürsətlər araşdırılıb.

Mousəvi əlavə edib: İran və Azərbaycan Respublikası yaxın vaxtlarda Qarabağın azad edilmiş rayonlarının bərpasında İran şirkətlərinin iştirakı barədə əməkdaşlıq sənədi imzalayacaqlar.

İran şirkətləri bundan öncə Azərbaycan Respublikasının Qarabağda azad edilmiş rayonlarının bərpa olunmasında iştirak etməyə hazır olduqlarını elan etmişdilər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev son zamanlar elan etdi ki, Rəsmi Bakı dost ölkələrin şirkətlərinin bu ölkənin işğaldan azad edilmiş rayonlarının bərpasında fəal iştiraklarında maraqlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button