ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycan Respublikasında kino günləri dünən gecə Bakıda Badiqart filminin ekran edilməsi ilə başlanıb və 4 gün davam edəcək.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının mədəniyyət və islami əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman İranın kino günlərinin açılışı mərasimində deyib: Bu gün İran filmləri dünya səviyyəsində parlayır və Oskara yol tapır.

Mərasimdə İİR-in Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Azərbaycanda İran kino günlərinin keçirilməsini iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin növbəti göstəricisi adlandıraraq deyib: Tehran-Bakı əlaqələri müxtəlif siyasi, mədəni və iqtisadi sahələrdə gün-gündən inkişaf etməkdədir.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbulfəzl Qarayev də iki ölkə əlaqələrinin son illər ərzində gözə çarpacaq dərəcədə inkişaf etdiyini deyib.

Qarayev İranlı kinematoqrafların Azərbaycan Respublikası kinosunun inkişafındakı roluna toxunaraq deyib: İki ölkə kinematoqraflarının əməkdaşlığı nəticəsində Azərbaycan filmləri beynəlxalq festivallarda mükafatlar qazana bildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button