ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycan ilə sərhəd gömrüklərinin iş saatı artırılıb

İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycan Respublikasının gömrük komitəsinin sədri ilə birgə iclasında iki gömrük komitələrinin iş saatının artırılması qərara alınıb.

Bu gün günortadan qabaq İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan, Azərbaycan Respublikasının gömrük komitəsinin sədri Aydın Əliyev, İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə və iki tərəfin ekspertlərindən bir qrupunun iştirakı ilə keçirilən bu iclasda tərəflər iki ölkənin xüsusən gömrük sahəsindəki həmkarlıqlarını müzakirə ediblər.

Astara, Biləsuvar, Poldəşt-Şahtaxtı gömrüklərinin iş saatlarının artırılması, İmişli və Aslanduzda yeni bir gömrüyə zəminin yaradılması, idxalat və ixracatın asanlaşdırılması; İran, Rusiya və Azərbaycan Respublikası arasında gömrük prosesinin eyniləşdirilməsinə səy və gömrük məsələlərində bəzi asanlaşdırma üsullarından istifadə bu iclasda nəzərdən keçirilmiş başlıca mövzulardan olubdur.

İranın iqtisadiyyat və maliyyə naziri bu iclasın sonunda IRIB-nin Bakı müxbiri ilə eksklüziv müsahibədə belə deyib: Bu iclasda qərara alındı ki, Astara gömrüyünün iş saatı sutkalıq olsun və mən Tehrana geri döndükdən sonra məsələni tez bir zamanda izləyəcəyəm.

O, əlavə edib: Qərara alındı ki, Biləsuvar gömrüyünün hələlik tranzit bölməsi sutkalıq fəaliyyət göstərsin və onun müsafir bölməsi bayram və tətil günlərində yenidən nəzərdən keçirilərək, qaydaya salınsın; Poldəşt-Şahtaxtı gömrüyünün iş saatı da on saatdan çox olsun.

Kərbasiyan iki ölkə arasındakı ticarət əməkdaşlıqlarının artırılmasına işarə edərək, gömrük şəraitinin yaradılmasını da vurğulayıb. O, deyib: Razılaşdıq ki, ötən ildən başlanmış informasiyaların elektron mübadiləsi sahəsində iş sürəti artaraq, sərhəd gecikmələri azalsın və təhlükə idarəçiliyinin dəyərləndirilməsi də bu yolla yaxşılaşmış olsun.

İranın iqtisadiyyat və maliyyə naziri gömrük sahəsində iki və çoxtərəfli həmkarlıqların inkişaf etdirilməsini iki tərəfin bu iclasda razılaşdığı digər hallardan adlandırıb və bildirib ki, bu sektorda Gürcüstan və Rusiya ilə əməkdaşlığı izləmək qərara alınıb.

O, gömrük əməliyyatları gedişində ehtimal üzrə yaranan problemlərin həlli üçün gömrük komitələrinin təşkilini bu birgə iclasda azəri tərəflə əldə olunmuş digər razılıqlardan adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button