ArxivXəbər lentiXəbərlər

İranın 3 universiteti dünyanın ən yaxşı 10 universitetinin arasına daxil oldu

Dünya Universitetlərinin Dərəcələrini Müəyyənləşdirmə Mərkəzi (CWUR) İranın üç universitetini 2017-ci ilin dünyanın ən yaxşı 10 universitetləri sırasına daxil edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İranın informasiya və elmləri araşdırma idarəsinin sədri Sirus Alidosti bu barədə açıqlamasında qeyd edib. O, CWUR-un yaydığı hesabatda, Tehran Universitetinin neft mühəndisliyi, struktur və emal mühəndisliyi, Əmir Kəbir universitetinin maddələr elmi sahəsində və Neft Universitetinin də neft mühəndisliyi sahəsində 2017-ci ilin dünyada ən yaxşı 10 universiteti arasında olduğunu deyib.

Alidosti bu dərəcələndirmədə 227 sahədə universitetlərin nəşr etdirdikləri məqalə və nəşrlərinin nəzərə alındığını və bu istiqamətdə ən yaxşı 10 universitetin seçildiyini deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button