ArxivXəbər lentiXəbərlər

İrandakı azərbaycanlı tələbələrdən Qarabağ bəyanatı

Müqəddəs Qum şəhərində təhsil alan Azərbaycan Respublikası tələbələri son Qarabağ hadisələri ilə bağlı bəyanat yayıblar

 Bismillahir rəhmanir rəhim

 “Təcavüzkar Ermənistan dövləti 25 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayaraq vaxt aşırı  atəşkəsi pozması artıq adət halını alıb.

 Əlbəttə mənfur düşmənin ölkəmizin ərazi bütövlüyünü kobudcasına  pozmasında və həmçinin atəşkəsə riayət etməməsində, məsələyə ikili standartlarla yanaşan beynəlxalq təşkilatların, dünyanın güc strukturlarının, münaqişənin  tənzimləməsini öhdəsinə götürən ATƏT-in Minsk qrupunun  və qeyri-obyektiv münasibət göstərərək qətiyyətsizlik nümaiş etdirən digər beynəlxalq təşkilatların günahı heç də az deyildir.

 Qoşunların təmas xəttində baş verən son insident və onun yağı düşmən üçün ağır nəticələri, qəhrəman Azərbaycan ordusunun döyüş şücaətinin göstəricisidir. Texnika və canlı qüvvə sarıdan ağır itkilər verən işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarında sərbəst davranmağın mümkün olmadığını bir daha anladı. Son bir neçə gündə cəbhədə igid əsgərlərimizin göstərdiyi rəşadətlər isbat etdi ki, işğal altında olan torpaqlarımızın azadlığı yalnız şəhidlik ruhiyyəsi və vətənpərvər əskərlərimizin sayəsində mümkündür.

 Hər bir azərbaycanlı kimi biz də münaqişənin sülh və müzakirə yolu ilə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarıyıq. Amma əgər biz müharibəyə hazır olmasaq, güclü olmasaq müzakirələrin effektivliyi gözlədiyimiz kimi olmaz. Eyni zamanda, haqsızlıq və zülmün hökm sürdüyü bir zamanda potensial gücümüzdən istifadə etmədikcə, ədalətli sülhü bərpa etmək imkanlarımız çox az olar.

 Müasir tariximizə qəhrəmanlıq səhifələri açıb, şəhidlik şərbəti içərək haqqa qovuşan qardaşlarımızın ailələrinə, yaxınlarına və bütövlükdə əziz Azərbaycan xalqına uca Allahdan  baş sağlığı diləyirik.

Quran məntiqinə əsasən əslində şəhidlərimiz ölməyiblər. Onlar həqiqətən diridirlər və Allah dərgahında böyük bir məqama sahibdirlər. Bu gün cəmiyyət və xalq olaraq mövcudluğumuza və yaşamımıza görə vətən uğrunda canlarını fəda edən şəhidlərimizə borcluyuq. Torpaqlarımızı müdafiə etmək  istər dini, istərsə də insani nöqteyi nəzərdən hər birimizin borcudur. Dini kəsim və bir vətəndaş olaraq bu məsuliyyəti dərk edir və torpaqlarımızın azadlığı uğrunda son damla qanımıza qədər vuruşmağı özümüzə şərəf borcu bilirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button