ArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranda Sepah-ın tanınmış generalı vəfat edib

İranın İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) Qüds Korpusunun komandan müavini briqada generalı Məhəmməd Hicazi vəfat edib

SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə Sepah bəyanat verib.

Bildirilib ki, Qüds Korpusunun komandan müavini briqada generalı Məhəmməd Hicazi ürək çatışmazlığından ötən gün vəfat edib.

Generalın vəfatı ilə bağlı Sepah-ın verdiyi bəyanatda bildirib ki, Məhəmməd Hicazi 65 illik dövründə “İranla Səddam Hüseyn rejiminin müharibəsində”, “beynəlxalq imperializmlə mübarizədə”, “sionizmə qarşı mübarizədə müqavimət qüvvələrinə dəstək sahəsində” illərlə böyük əmək sərf edib.

Qeyd edək ki, Məhəmməd Hicazi ABŞ tərəfindən terrora məruz qalan general Qasim Süleymaninin yaxın silahdaşı idi. Məhəmməd Hicazi ötən ay Tehranda Qarabağın azadlığı ilə bağlı keçirilən konfransa da qatılmış və burada çıxış etmişdi.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button