ArxivXəbər lentiXəbərlər

İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar kampaniyada 20161 imza toplanıb

İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya davam edir.

72 saat davam edən “Pray for Zəhra” kampaniyasına 20 min 161 nəfər dəstək verib.

Hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya “Telegram” proqramında həyata kemirilib.

Kampaniyaya qoşulanlar ermənilərin cinayətini pisləyib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button