ArxivIslamXəbər lentiXəbərlər

İran XİN: Rəsmi Tehran bundan sonra da Qüdsü Fələstinin bir hissəsi kimi tanıyacaq

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl-Əvivdən bu şəhərə köçürməsi qərarı təxribatdan başqa bir şey deyil.

Qafqaz mədəniyyət mərkəzi – Bu fikir İranın Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda yer alıb.

Nazirliyin bəyanatında bildirilir ki, rəsmi Tehran bundan sonra da Qüdsü Fələstinin bir hissəsi kimi tanıyacaq. Bəyanatda deyilir: “ABŞ bütün beynəlxalq qanunlara və normativ aktlara əhəmiyyət verməyərək Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bu addımı ilə ABŞ bir daha göstərdi ki, Yaxın Şərqdə sabitliyin yaranmasını istəmir. Bu addım yeni münaqişələrin başlamasına təhrikdir”.

İran bütün beynəlxalq təşkilatlara müraciət edərək bölgədə sülh və sabitlik naminə ABŞ-a təsir göstərməyə çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button