ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

 “Uranın 90% dərəcəsində zənginləşdirilməsilə bağlı xəbərlər yalan və əsassızdır

bunu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tehranda səfərdə olan suriyalı həmkarı ilə birgə keçirilən mətbuat konfransında deyib.

İsrail və ABŞ mətbuatında İranda uranın 90% dərəcəsində zənginləşdirilməsi ilə bağlı xəbərlərin əsassız olduğunu deyən XİN rəhbəri əlavə edib ki, İsrail bu danışıqları və onun nəticələrini qəbul edə bilmir.

“Biz nüvə danışıqlarında sanksiyaların götürülməsi və İranın razılaşmadakı öhdəliklərilə bağlı iki layihəni təqdim etmişik və təqdim etdiklərimiz də nüvə sazişi çərçivəsindədir. Bizim nüvə sazişindən kənara çıxan tələblərimiz yoxdur”, deyə XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, İranla 4+1 dövlətlərinin və vasitə ilə ABŞ-ın nüvə sazişinin bərpası ilə bağlı Vyanada apardıqları danışıqların yeddinci turu bitib və səkkizinci tur isə cari həftənin sonunda başlayacaq. İran ABŞ-ın sanksiyalardan çıxmasından və Tehrana qarşı sərt sanksiyalara başlamasından sonra ölkənin nüvə obyektlərində zənginləşdirilmə işini 60%-a çatdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button