Xəbərlər

İran vətəndaşı Azərbaycanda işgəncəyə məruz qalıb

İran vətəndaşı Bakıda yerləşən İsrail səfirliyi qarşısından keçdiyi üçün Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək işgəncəyə məruz qalıb.Binəqədi həbsxanasında saxlanılan İran vətəndaşı Həsən Fərəcinin qohumu bazar ertəsi günü İSNA-ya (İran Tələbələrinin Xəbər Agentliyinə) verdiyi məlumatda deyib ki, Həsən İsrailə qarşı casusluq etməsini məcburi şəkildə etiraf etməsi üçün Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb.
Məlumatlı mənbənin bildirdiyinə görə İranın Bakıdakı səfiri Azərbaycan respublikasından Fərəci ilə görüşməyi tələb edib. Azərbaycan hökuməti beynəlxalq qanunları pozaraq tələbi rədd edib.
Məlumat ilə əlaqədar olaraq İSNA-nın sorğusuna cavab verən Azərbaycan Respublikasının Tehrandakı səfiri Fərəcinin taleyi haqqında heç bir məlumata sahib olmadığını deyib.
11 Oktyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi digər iranlı vətəndaş olan Bəhram Feyzi casusluq ittihamı ilə 15 il həbs cəzası verib.
İranın Bakıdakı səfirliyinin rəsmisi Seyyid Muhəmməd Ayətullahi ittihamları rədd edərək əsassız adlandırıb.
Ayətullahi deyib: “Bakı Ağır Cinayətlər Məhkəməsi bu cür işi İran səfirliyinin nümayəndəsi və vəkilin iştirakı ilə baxmalıdır.”

əlaləm xəbər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button