ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan qadınlar və ailə məsələlərində əlaqələri genişləndirirlər

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşərək danışıqlar aparıb.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Hicran Hüseynova İran və Azərbaycan arasında müştərək mədəni ortaqlıqlara toxunaraq iki ölkə arasında ikitərəfli və neçə tərəfli cəhətdən əməkdaşlıqların edilməsini istəyib və iki ölkə arasında qadınlar və ailə məsələləri üzrə əməkdaşlıq memorandum sənədini İranın Bakıdakı səfirinə təqdim edib.

Möhsün Pakayin də Hicran Hüseynovaya Qadınlar davamlı inkişaf yolunda” adlı II Beynəlxalq konfransda iştirak üçün dəvət edib və İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Şəhindoxt Molaverdinin dəvətnaməsini ona təqdim edib.

iran səfiri İranın iqtisadi inkişafında qadınların roluna toxunaraq Tehran və Bakı arasında qadın və ailə məsələləri sahəsində təcrübə mübadiləsini müsbət qarşılayıb və deyib: Tehran iclası müxtəlif ölkələrdə qadınların rolu ilə tanışlıq və təcrübələrin mübadiləsi üçün qənimətli fürsətdir.

Bu sərgi sentyabr ayında Tehranda müxtəlif ölkələrin qadınlar üzrə rəsmilərinin iştirakı ilə keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button