ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan birgə film istehsalına başlayırlar

Azərbaycanda İran Mədəniyyət Həftəsi ərəfəsində iki ölkə arasında birgə film istehsalına start verilib.

İRİB-nin verdiyi məlumata görə, İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş deyib: İranda “Hay Voltaj”, Azərbaycanda isə “Eşq Qalası” adı ilə ekran ediləcək film İran və Azərbaycanın birgə məhsulu olacaq. Filmə Azərbaycan kinosunun tanınmış simalarından İlham Qasımov rejissorluq edəcək. Filmin prodüseri isə İran İslam Respublikasından Şəhab Rəzəviyan olacaq.

Əlirza Tabeş həmçinin deyib: Bu film İranın Farabi fondu və “Hilac” şirkəti habelə, Azərbaycandan bir kino şirkətinin əməkdaşlığı ilə çəkiləcək. Filmin çəklişinə əsas maliyyə dəstəyi və sponsorluq Azərbaycan Respublikası tərəfindən ediləcək. Bu filmin çəkilməsi ilə İran və Azərbaycan arasındakı kino əməkdaşlıqları yeni bir mərhələyə daxil olacaq.

İranın Farabi Kino Fondunun icraçı müdiri daha sonra deyib: Çəkilişin bir hissəsi Azərbaycanın paytaxtı olan tarixi Bakı şəhərində çəkiləcək. Bəzi sekanslar isə İran İslam Respublikasında, azərilərin yaşadıqları məntəqələrdə çəkiləcək. Çəkilişin 2-3 ay ərzində başa çatacağı və daha sonra filmin texniki mərhələsinin başlanacağı proqnoz edilir.

Əlirza Tabeş sonda birgə film istehsalını iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin genişləndirilməsi üçün münasib sahələrdən adlandırıb və deyib: Bu addım ilə biz daha geniş bazarlara açılmış olacağıq və filmin xarici yayımçıları iki ölkənin kino sahəsindəki bacarığını müxtəlif prizmalardan izləyə bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button