AktualAktualArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasındakı sularla bağlı birgə konfrans keçiriləcək

Enerji nazirliyinin sərhəd çayları və ortaq su mənbələri ofisinin müdiri: “Həyata keçirilmiş proqram əsasında İran və Azərbaycan arasındakı sularla bağlı iki ölkənin birgə konfransı keçiriləcək”.
Qafqaz Mədəniyyət Mərkəzi – Hidravliklə bağlı Ərdəbildə keçirilən 16-cı konfransda Cabbar Vətənfəda bildirib: “Həyata keçirilmiş proqram əsasında İran və Azərbaycan arasındakı sularla bağlı iki ölkənin birgə konfransı keçiriləcək. Bu zəminədə yaxşı addımlar atılmışdır ki, İran və Azərbaycanın müştərək əməkdaşlığı ilə suyun idarəçiliyində mühüm işlər görə bilək”.
Enerji nazirliyinin sərhəd çayları və ortaq su mənbələri ofisinin müdiri İran və Azərbaycan arasındakı su komissiyasının indiyədək 46 birgə konfransının baş tutmasını vurğulayaraq deyib: “Bu konfransların məntəqə üçün yaxşı nailiyyətləri olmuşdur. Belə konfransların daha da genişlənməsini istəyirik”.
C. Vətənfəda ölkənin hal-hazırda su böhranı ilə üzləşdiyini qeyd edərək deyib: “Ölkənin bütün əyalətləri əsaslı proqramlar həyata keçirməlidir ki, su böhranını aradan qaldıra bilək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button