ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında çox mühüm görüş gözlənilir

“Yaxın on gündə Astarada İranla Azərbaycan nümayəndələri arasında çox mühüm görüş nəzərdə tutulub. Həmin görüşdə Astara dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq”.

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, görüşdə iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri iştirak edəcək: ”Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri, İran tərəfdən isə rabitə və informasiya naziri, eləcə də digər qurumların nümayəndələri iştirak edəcəklər”.

Qeyd edək ki, İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Layihəyə əsasən, Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərindəki dəmiryol xəttinin bir-birinə birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button