ArxivXəbər lentiXəbərlər

İran universitetlərinin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq

Gələn təhsil ilində İranın Azərbaycan vilayətindəki universitetlərin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq.

Bu barədə məlumat verən İranın təhsil nazirinin müavini Müştəba Şəriətian bildirib ki, İranda yaşayan xalqların hüquqları və milli dillərində təhsil almaq haqları dövlət tərəfindən təmin edilir. Keçən il Kürdüstan vilayətindəki universitetdə kürd dili və ədəbiyyatı fakültəsi açılıb. Cari tədris ilində isə Azərbaycan vilayətindəki universitetlərin birində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılacaq.

Nazir müavini onu da əlavə edib ki, fakültənin açılması üçün işlər davam edir. Elə bir proqram hazırlanacaq ki, fakültəni bitirən məzunlar işlə də təmin olsunlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button