ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Türkiyə ilə su məsələlərini həll edir

Seyid İbrahim Rəisi TRT İngilis telekanalının müxbirinin İranın Türkiyə ilə su diplomatiyası ilə bağlı sualını cavablandırarkən deyib: Türkiyə qonşumuzdur və Türkiyə xalqı müsəlman olaraq aramızda qonşuluq və qardaşlıq münasibətlərimiz var. Biz Türkiyə ilə qarşılıqlı və regional əməkdaşlıqlara malikik.

İİR prezidenti əlavə olaraq belə eyib: “ İran və Türkiyə arasında su mövzusu ilə bağlı müzakirələr aparılmalı idi və biz Tehran sammitinin kənarında Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla Araz çayından İranın su payını müzakirə etdik və Türkiyə prezidenti bu sahədə olan nigaranlıqların dərhal aradan qaldırılacağına söz verdi. “

İbrahim Rəisi İran İslam Respublikasının Araz çayı üzərində İranın su payı ilə bağlı nigaranlıqlarının aradan qaldırılması üçün İran İlə Türkiyə arasında müştərək fəaliyyətlərin həyata keçirilməkdə olduğunu bildirib.

İran prezidenti Sputnik informasiya agentliyinin  müxbirinin İran ilə Rusiya arasındakı münasibətlər barədə verdiyi sula verdiyi cavabında isə İran və Rusiya münasibətlərinin strateji xarakter daşıdığını vurğulayıb. 

“ Şimal-Cənub koridoru ilə bağlı fəaliyyətlər tam əzmkarlıqla həyata keçməkdədir. Energetika və neft sahəsində investisiyalar da həyata keçməkdədir.”- Seyid İbrahim Rəisi deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button