ArxivXəbər lentiXəbərlər

İran S-300-ün yerli analoqunun uğurlu sınağını həyata keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Hava Hücumundan Müdafiə bölməsi ballistik raketlərə qarşı “Bavar 373” zenit-raket kompleksinin uğurlu sınağını həyata keçirib.

Bu barədə  İran Müdafiə Nazirliyinə istinadla məlumat verib.

“İran Rusiyanın qəliz texniki xüsusiyyətlərə malik S-300 sistemlərinin “Bavar 373” (“İnam”) adlı yerli versiyası üzərində səylə iş aparır. Sistemin bir sıra sınağı keçirilib və bu sınaqlar davam edəcək”, – deyə müdafiə nazirinin müavini briqada generalı Əmir Xatəmi bildirib.

Nazir müavini bildirib ki, bütün müdafiə layihələri, eləcə də sözügedən raket sisteminin inkişafı bundan əvvəl təsdiq olunmuş planlara müvafiq olaraq irəliləyir.

İran generalları bildiriblər ki, daxili istehsal olan raket sistemləri orijinal Rusiya modeli ilə müqayisədə daha üstün göstəricilərə malikdir. Belə ki, İran raketləri yüksək mobilliyə, çevikliyə və daha qısa vaxt ərzində atəşə hazır vəziyyətə gətirilmə qabiliyyətinə malikdir.

Ötən il İran HHM qoşunları komandanı briqada generalı Fərzad İsmaili “Bavar 373” raketlərinin hədəfi 300 km məsafədə qeydə alan, 200 km məsafədə məhv edə bilən S-300 raketlərinin fəaliyyət radiusundan 1,5 dəfə artıq məsafədə hədəfləri vura bildiyini bəyan edib.

Xatırladaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasının sanksiyaları ilə əlaqədar təkmilləşdirilmiş HHM sisteminin İrana çatdırılmasını dondurduqdan sonra İran S-300 raket sisteminin yerli versiyasını hazırlayıb. Bununla yanaşı sanksiyalar aradan qaldırıldıqdan sonra Rusiya S-300 RHM sistemlərini mövcud müqavilə çərçivəsində İrana çatdırıb.

İran rəsmi olaraq “Bavar 373”-ü ötən ilin avqustunda nümayiş etdirib. Bu kompleks müxtəlif növ hədəflərin məhvi üçün üç müxtəlif raketlə təchiz olunub. Keşikçilər Korpusu yaxın illər ərzində kompleksi silahlanmaya qəbul etməyi planlaşdırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button