ArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

İran səfirliyi “Ermənistana silah daşınması xəbəri yalan və əsassızdır”

  • İranın Azərbaycandakı səfirliyi İran vasitəsilə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən İnterAz-a daxil olan məlumatda qeyd edilir:

“Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.

Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.

Xatırladaq ki, hər dəfə iki  ölkənin dostluq münasibətlərini pozmağa çalışan bir neçə kriminal xəbər yayımlanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button