ArxivXəbər lentiXəbərlər

İran səfirliyi: Dağlıq Qarabağda “referendum” keçirilməsini doğru saymırıq Böyüt

“İranın Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır”.

Bu sözləri APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma “referendum”a münasibət bildirərkən deyib. O bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır: “Biz “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən “referendum”u, sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq. Bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button