ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran səfiri Ağdam Cümə məscidində namaz qıldı FOTO

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri baş tutub.

Qafqaz.ir “Report”a istinadən xəbər verir ki, diplomatları Ağdama səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatlarа Ağdam şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Əsgəran yolunda, Ağdam Dövlət Dram Teatrında və Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri Seyyid Abbas Musəvi və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button