ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran rəsmisi sionist rejimin sabiq təhlükəsizlik zabitinə tutarlı cavab verdi

Kənani: İranı parçalamaq arzusunu qəbrə aparacaqsan

Nasir Kənani X sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: “Sionist rejimin keçmiş təhlükəsizlik məmuru və Sadat-Begin sionist analitik mərkəzinin üzvü Mordexay Kedar həyasızcasına İran İslam Respublikasının 6 ölkəyə bölünməsindən danışıb. O, müxtəlif iranlı etnik qrupların qızışdırılmasını bu mənfur istəyin reallaşması üçün əsas adlandırıb. Bu bədbəxt sionist keçən ilin aprel ayında da bəzi qonşu ölkələrdə sionistlərin hərbi hərəkətlərini təsdiqləmiş və “biz İranı parçalamalıyıq” demişdi, lakin o, İranı parçalamaq arzusunu qəbrə aparacaq”.
Diplomat qeyd edib ki, bu kimi açıqlamalar qəddar düşmənlərin sevimli İrana qarşı bəd niyyətlərini açıq şəkildə göstərir. Baxmayaraq ki, sionist düşmənin öz daxili düşüncələrini həyasızcasına ifşa etməsi ilk dəfə deyil dilə gətirilir və İran İslam Respublikası artıq qırx ildən artıqdır ki, belə sözləri eşidir, lakin qürurlu həyatını daha güclü şəkildə davam etdirir.
Kənani tənəzzülə uğramaqda olan sionistlərə bir daha xatırladıb: “İslami İranın gözəl vücudunu formalaşdıran müxtəlif etnik qruplardan son 45 ildə 250 minə yaxın insan canını fəda edib ki, bu torpaq vahid, güclü və qüdrətli qalsın, torpağının heç bir qarışı belə azalmazsın”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button